Son dəqiqə
Dünya
4-08-2021, 18:00
2385
İstanbulda meşə yanğını oldu - VİDEO
İstanbulun Beykoz rayonunda meşə yanğınları başlayıb.
XəbərTv.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Xatırladaq ki, 8 gündür ki, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları başlayıb. 28 iyuldan bu yana 39 əyalətdə, 174 meşə yanğını əmələ gəlib. Bu yanğınlardan 160 -ı nəzarət altına alınıb.