Son dəqiqə
Manset
5-08-2021, 13:19
2464
Azərbaycan nümayəndə heyəti İrana gedib
Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
XəbərTv.info xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz Twitter hesabında paylaşım edib.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavinləri daxildir.
S.A. Musəvi paylaşımda qeyd edib ki, Azərbaycan və İranın dostluq və qardaşlıq münasibətləri daimidir.