Son dəqiqə
İdman
7-08-2021, 11:25
2323
Məşhur idmançı millimizə baş məşqçi təyin olundu
Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Xəbərtv.info-nun əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.
O həmçinin döyüş sambosunda idmançı kimi çıxışını davam etdirəcək.
Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır.