Son dəqiqə
2-09-2021, 17:06
2454

Vüqar Səfərli istintaqda Ramiz Mehdiyevin adını çəkdi - “Göstərişləri o verirdi”

Vüqar Səfərli istintaqda Ramiz Mehdiyevin adını çəkdi - “Göstərişləri o verirdi”

Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF –nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.

“Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib: “2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bizə şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.

Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospketi 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun arvadı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.

V.Səfərli bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi “Azərmətbuatyayımı” ASC ilə bağlayıb: “Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük.

Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım.

Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

XəbərTv.info

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}