Son dəqiqə
4-09-2021, 13:48
2507

Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...

Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...

Təxminən iki həftə əvvəl mətbuatda uzun illər hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınan “Gilan Holdinq” MMC-yə daxil olan “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyətinin holdinqdən ayrılaraq, “A.C.E Dəri” MMC kimi fəaliyyət göstərdiyinə dair məlumat yayılmışdı.

“AzPolitika.info” xəbər verir ki, “Gilan Holdinq”i daha üç iri şirkətin tərk etdiyi məlum olub. Belə ki, üç şirkət eyni gündə “Gilan” brendindən imtina edib. Bununla da 2021-ci il ərzində ümumilikdə beş şirkət “Gilan Holdinq”-dən ayrılaraq, rebrendinq etmiş olub.

Bununla bağlı Banker.az-ın əldə etdiyi məlumata görə, hər üç şirkətin yeni adında “ABA” sözü var. Belə ki, “Gilan Cotton and Grain” MMC bundan sonra “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC adı ilə bazarda çıxış edəcək.

Məlumat üçün qeyd edək ki, “Gilan Vineyards” MMC “Agro-Azərinvest” şirkətinin törəməsidir. “Agro-Azərinvest” 2004-ci ildə Qəbələ rayonunda təsis edilib. Şirkət Qəbələ, Lənkəran, Göygöl, Samux, Tovuz və Yevlax rayonları ərazisində fransız və gürcü sortlarından olan şərab üzümləri yetişdirməklə şərab istehsal edir.

Maraqlıdır ki, “Gilan”-dan ayrılan hər üç şirkət 2015-ci ilin iyul-avqust aylarında “Gilan Holdinq” MMC ilə eyni ünvanda yaradılmışdı - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466.

O da məlum olub ki, hər üç şirkətə Qafarova Günel Vilayət qızı rəhbərlik edəcək. Qeyd edək ki, əvvəl bu şirkətlərin hər birinə ayr-ayrı adamlar rəhbərlik edirdi. Adla bərabər şirkətlərin hüquqi ünvanları da dəyişib - Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 8, məhəllə 1130/1133, m. 70.

Törəmə şirkətləri bir-bir “Gilan” brendindən imtina etməsi və başqa adamların adlarına keçirilməsi “Gilan Holdinq”-in bu gedişlə holdinq statusundan çıxa biləcəyini düşünməyə əsas verir.

Onu da qeyd edək ki, “Gilan Holdinq” onun adından imtina edən şirkətlərin satılmasıyla bağlı hər hansısa investorla alqı-satqı müqaviləsinin olub-olmamasına dair sorğulara cavab vermir. Lakin həm hüquqi ünvanın dəyişdirilməsi, həm də “Gilan” brendindən imtina edilməsi onu güman etməyə əsas verir ki, artıq bu müəssisələrin “Gilan Holdinq”-ə aidiyyatı olmayacaq...

XəbərTv.info

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}