Son dəqiqə
10-09-2021, 15:59
2471

Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən tutulub

Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən tutulub


Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri kimi “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir. Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Mahir Ələkbərov "Mahir Xəttab" imzası ilə tanınır.

XəbərTv.info

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}