Son dəqiqə
24-09-2021, 17:30
2438

Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir... - İTTİHAM

Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir... - İTTİHAM


Zaqatalada baş verən qanunsuzluqları ifşa edən video görüntülər və bizim YouTube kanalımızda etdiyimiz tənqidi fikirlərimizdən dərhal sonra rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov Muxax 1 saylı məktəbin bütün müəllimlərini rayon təhsil şöbəsinə çağıraraq onlara ərizə yazdırıb Ərizədə göstərilib ki,Muxax 1 saylı məktəbin direktoru Ədalət Novruzova müəllim kollektivindən heç vaxt pul yığmayıb və Zaqatala təhsilində ümumiyyətlə, rüşvət faktoru yoxdur.

Mənbə qeyd edir ki, bu deyilənlər dünən 23 sentyabr 2021 ci il tarixində həyata keçirilib.

Ümumiyyətlə,son vaxtlar Zaqatala rayonu barəsində xeyli xoşagəlməz məlumatlar gəlməkdə davam edir.Rayonda məmur özbaşınalığı, rüşvət halları, bürokratik əngəllərlə müşayiət olunan süründürməçilik və sair barədə şikayətçilər bildirirlər.Bütün baş verənlərə isə icra başçısı Mübariz Əhmədzadə sanki görmürmüş kimi susur.Odur ki,rayonda məmur özbaşınalığı tüğyan edir, insanlar kütləvi şəkildə mərkəzi hakimiyyət orqanlarının fəaliyyətindən narazı salınır.

Bir daha qeyd etmək istəyirik ki, Zaqatala rayon təhsil şöbəsi və Muxax 1 saylı tam orta məktəbdən əldə etdiyimiz məlumatları ictimaiyyətə təqdim etmişik və hesab edirik ki, Zaqatala təhsil sahəsində ciddi problemlər var, rüşvət halları geniş şəkildə davam edir.Eyni zamanda bu məsələdən həm təhsil şöbəsinin müdiri Habil Qurbanovun həm də icra hakimiyyətinin başçısı hörmətli Mübariz Əhmədzadənin xəbəri var.Çünki adı çəkilən məktəbdə sübut kimi səs yazısı var və yenidən həmin audio faktı ictimaiyyətə təqdim edirik.

Biabırçı hal bundan ibarətdir ki, adıçəkilən rəsmilər səhvlərini düzəltmək əvəzinə YouTube kanalımıza söyüş, təhqiredici ifadələr yazmaqla məşğul olurlar.Bu şərhləri yazanlar direktor Ədalət Novruzovanın iki qızı,qardaşları,qardaşları uşaqları,ən yaxın çevrəsinə daxil olan adamlar və məktəbin bir neçə beş-altı nəfər müəllimidir.Bu göstərişi onlara təhsil şöbəsinin müdiri Habil Qurbanov verib.

Biz Muxax 1 saylı tam orta məktəbdə baş verən digər qanunsuz əməlləri tezliklə yenidən ictimaiyyətə təqdim edəcəyik.Hələki mövzuda əks olunan audio yazını yəni məktəbin direktor müavini olan xanım müəllimənin digər müəllimədən pul tələb etməsi faktını yenidən ictimaiyyətə təqdim edirik.
Redaksiyadan: Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Videoları bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın. //azinfo.tv//







XəbərTv.info

Digər xəbərlər

"PROQRESS-2016” MTK ŞEFİNİN ÜÇ ƏMƏLİ PROKURORLUQDA
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
Deputat Əvəz Zeynallıya xəbərçilik etdi... – VİDEO
Mikayıl Müşfiqin abidəsinin ətrafını kafeyə kim çevirib? - FOTO
Pensiya artımının neçə faiz olacağı açıqlandı
Sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri açıqlandı
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazanıb
DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi
Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR
Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
Koronavirusa yoluxan şagird sayı artmaqdadır
Dünya bazarında neft qiymətləri
Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
Tanınmış gitara ifaçısı oğlu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
Rusiyada qəza törətmiş azərbaycanlı məşhurun qanında narkotik tapıldı
Ağsuda gənc ana intihar etdi
Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Mübariz Əlmədətovun SƏRHƏDSİZ İMKANLARI... -
Milli Məclisin növbəti iclasının gündəliyi - TAM SİYAHI
“İndiki situasiyada Xankəndidəki separatçıların həbsi mümkün deyil” - Rusiya çalışacaq ki...
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün Azərbaycan Televiziyasının yaranmasından 65 il ötür
Düşmən növbəti itkilərini etiraf etdi
DİQQƏT! 500 manat "uşaqpulu" - Bu yolla aldadıla bilərsiniz -
Xocavənd istiqamətində döyüşlərdə şəhid olan qəhrəman müəllimimiz
Azərbaycanın “tender kralı” Ramazan Mirzəyev hələ də öz “taxtında” möhkəm oturub...
Bakıda dizel limitlə satılır?
Yoluxanlarla bağlı bu günə olan statistika
{sape_links}{sape_article}