Son dəqiqə
10-11-2021, 15:21
435

Dələduzluqda ittiham olunan sabiq polis əməkdaşına hökm oxundu

Dələduzluqda ittiham olunan sabiq polis əməkdaşına hökm oxundu


İki nəfərə qarşı dələduzluqda ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən sabiq polis əməkdaşı İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Babaşov tanışları Şahin Hüseynov və Emin Əsədovdan 60 min manata yaxın pul alaraq onların barəsində DTX-də açılan cinayət işinə xitam verdirəcəyini bildirib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Şahin və Emin qaçaqmalçılıqda, ölkə ərazisinə idmançıların istifadə etdiyi dərmanları qanunsuz gətirməkdə ittiham olunublar. İbrahim Babaşov pulu aldıqdan sonra hər iki şəxsi uzun müddət aldadıb. Onlara vəzifəli şəxslərlə daimi görüşlərdə olduğu üçün zənglərə tez-tez cavab verə bilmədiyini deyib.

O, pul aldığı şəxslərin ona yazdığı mesajlara “sizin işlə bağlı ağsaqqalın yanındayam”, “vacib görüşdəyəm”, “iş mənim nəzarətimdədir” kimi bu tipli cavablar yazıb.

Daha sonra cinayət işinin istintaqı DTX-dən Dövlət Gömrük Komitəsinə göndərilib. Bundan xəbər tutan zərərçəkmişlər yenidən İbrahim Babaşovla əlaqə saxlayıblar. Babaşov vəziyyətdən istifadə edərək pul aldığı şəxslərə deyib ki, işin DTX-dən Dövlət Gömrük Komitəsinə göndərilməsini guya özü təşkil edib. Amma gec-tez yalanı ortaya çıxıb. Hər iki zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət ediblər.

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}