Son dəqiqə
İdman
20-11-2021, 08:38
373
Bavariya məğlub oldu
Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura start verilib.
İlk oyun günündə bir qarşılaşma keçirilib.
Lider “Bavariya” səfərdə autsayder “Auqsburq”un qonağı olub. Münhen təmsilçisi üç qolun qeydə alındığı bu görüşdən gözlənilmədən məğlub ayrılıb.
Almaniya Bundesliqası
12-ci tur
19 noyabr
Auqsburq – Bavariya 2:1
Qol: Pedersen, 23. Han, 36 – Levandovski, 38.
XəbərTv.info