Son dəqiqə
28-11-2021, 15:12
483

İş adamının oğlunu qaçırıb 500 min tələb etdilər

İş adamının oğlunu qaçırıb 500 min tələb etdilər


İş adamının oğlunu qaçırıb 500 min dollar tələb edən bacısı oğlu və onun tanışı məhkəmədə hadisənin təfərrüatlarını danışıb.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı məlum olub ki, oğlu qaçırılan Mirəkbər Seyidov Rusiyada gül biznesi ilə məşğul olurmuş. Onun oğlunu qaçırma planını quran şəxs isə öz bacısı oğlu Rafiq Hüseynov olub. Belə ki, R.Hüseynov dayısının imkanlı şəxs olduğunu nəzərə alaraq ondan pul "qoparmaq" qərarına gəlib. O, tanışı ilə birlikdə dayısı oğlu Mirhəsəni qonaqlığa dəvət edib. Mirhəsəni Ramanada kirayə tutduğu evə aparıb orada qız tanışları ilə birlikldə şənlik keçirəcəyini deyib. Mirhəsən evə gələndən sonra isə tanışı Anar Mehdiyevlə birlikdə onun əl-ayağını bağlayıb şəklini çəkiblər. Şəkli gizli nömrədən dayısına göndərib ondan 500 min dollar tələb ediblər. Məhkəmə araşdırması zamanı məlum olub ki, Mirhəsən 19 yaşında olsa da, əqli geriliyi olduğu üçün hadisələri yaxşı dərk etməyib.

Oğurlanan Mirhəsən Seyidov ifadəsində bildirib ki, həmin gün bibisi oğlu Rafiq ona zəng edərək kafeyə getməyi təklif edib: “Mən onunla evimizin yaxınlığındakı şadlıq sarayının yanında görüşdüm. Yanında tanımadığım bir şəxs də var idi. Rafiq bizi tanış etdi. Həmin şəxs Anar idi. Sonra biz birlikdə Ramanada ünvanını dəqiq bilmədiyim bir evə getdik. Evdən çıxanda anama da dedim ki, Rafiqlə görüşəcəm. Həmin məkana çatanda mənə dedilər ki, bu evə qızlar gələcək və biz əylənəcəyik. Həyətdə yemək yedikdən sonra Anar mənim əllərimi və ağzımı bağladı. Dedi ki, şəklimi çəkib atama göndərəcək. Mən etiraz etdikdə isə üstümə qışqırdı. Əl və ağzım 5 dəqiqə bağlı qalandan sonra açdılar. Rafiq şəklimi çəkdiyi telefonu da alıb getdi. Mən Anarla qaldım. Sonra mən də çölə çıxmaq istədim, amma Anar qapını kilidləyərək mənə mane oldu. Daha sonra Rafiq Anara zəng edib dedi ki, məni evimizə qaytarsın. Mən evə gələndə bütün qohumlar bizdə idi”.

Məhkəmə iclasında ifadə verən Mirhəsən Seyidovun anası bildirib ki, Rafiq Hüseynov onlara qohum olduğu üçün xəstə oğlunu ona etibar edib: “Biz Mirəkbər ilə 1993-cü ildə evlənmişik. Bu evlilikdən 2 oğlumuz olub. Birlikdə Moskvada yaşayırdıq. 2005-ci ildə belə qərara verdik ki, mən uşaqlarla Azərbaycana gəlim və onlar burada təhsil alsınlar. Bura gələndən sonra da uşaqlarımı ancaq qohumlara etibar etdim. Eləcə də həyat yoldaşımın bacısı oğlu Rafiqə. Oğlumun 19 yaşı olmasına baxmayaraq əqli inkişafdan geri qaldığı üçün sanki 13-14 yaşlı uşaqdır. Buna görə də, o harasa gedəndə tək buraxmırdım. Demək olar hər axşam Rafiqlə birlikdə kafeyə gedirdilər. Həmin gecə də oğlumun qaçırıldığını mənə Mirəkbər dedi. Ona Mirhəsənin ağzının və qollarının bağlı olduğu şəkli göndərərrək pul tələb ediblər. Bunu biləndən sonra tez Rafiqə zəng edib oğlumun onunla olub-olmadığını soruşdum. O da dedi ki, Mirhəsən onun yanında deyil. Qorxuya düşdük. Bütün qohumlar bizə yığılmışdı. Eləcə də Rafiq və onun ailəsi. Cinayəti Rafiqin törətdiyini isə oğlum evə gələn zaman onu görən kimi “Niyə məni qoyub getdin?” sözlərindən sonra bildik. Polisin araşdırmasından sonra Rafiq əməlini etiraf edib”.

Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidov məhkəmə iclasındakı ifadəsində deyib ki, o elə də imkanlı adam deyil: “Rafiq heç vaxt məndən borca pul istəməyib. Özüm ona bir neçə ay kirayə pulu verməkdə kömək etmişəm. Mən özüm də elə də imkanlı adam deyiləm. 4 gül mağazam var və adətən mart ayında daha çox pul qazanıram. Amma qohumlarıma həmişə əl tutmuşam. Yəqin ki, buna görə də Rafiq düşünüb ki, mənim yaxşı pulum var. Onun məndən tələb etdiyi 500 min dollar heç mənim üçün də elə də az pul deyil”.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Rafiq Hüseynov bildirib ki, çoxlu borcu olduğuna görə dəfələrlə dayısından borc pul istəyib, amma dayısı verməyib: “Mən "Sədərək"də xalça satışı ilə məşğul idim. Pandemiya dövründə iflas etdim. Daha sonra vəziyyət pisləşdi. 80-100 min manat borcum var idi. Buna görə dəfələrlə dayımdan borc istədim. Amma o hər dəfə müxtəlif bəhanələr gətirərək mənə kömək etməkdən imtina etdi. Bundan sonra elə "Sədərək"də xalça satışı ilə məşğul olan Anarla dayım oğlunu qaçırmaq planını qurduq. Onun tanışlığı ilə Ramanada bir evi kirayələdik. Onsuzda hər axşam Mirhəsənlə görüşürdük. Bu dəfə də onunla görüşəndə Mirhəsəni Ramanadakı həmin evə apardıq. Əl və ağzını bağlayaraq şəklini çəkdik və dayıma göndərdim. Ona mesaj yazdım ki, əgər mənə 500 min dollar versə, oğlunu sağ-salamat evinə göndərəcəyik. Amma plan qurduğumuz kimi davam etmədi. Bütün qohumlar əl-ayağa düşdü. Dayım arvadı mənə zəng etdi. Mən də onlara getməyə məcbur oldum ki, heç nədən şübhələnməsinlər. Orada olan vaxt gördüm ki, artıq polisə şikayət etmək istəyirlər. Buna görə də Anara dedim ki, Mirhəsəni evə gətirsin. Polislər gələndən sonra Mirhəsənin axırıncı dəfə mənimlə görüşdüyünü bildilər və məni ifadəmi almağa apardılar. Mən də hər şeyi etiraf etdim”.

Cinayət törətməkdə təqsirləndirilən Anar Mehdiyev də öz ifadəsində Rafiqin sözlərini təsdiqləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Rafiq Hüseynov və Anar Mehdiyev hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}