Son dəqiqə
16-02-2022, 13:24
338

Entoni Blinken: “Hücum istənilən vaxt başlaya bilər...”

Entoni Blinken: “Hücum istənilən vaxt başlaya bilər...”

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya hücum planlarından daşındığı haqda qənaəti “erkən” adlandırıb. O bəyan edib ki, hücum istənilən vaxt başlaya bilər.

Dövlət Departamentinin saytında dərc edilmiş stenoqrama əsasən Entoni Blinken keçirdiyi brifinqdə bildirib ki, Rusiya prezidenti Vladimir Putin hücuma çox yaxşı hazırlaşıb və Ukraynaya qarşı yeni təcavüzdən onu “cəmi bir addım ayırır”. Blinkenin sözlərinə görə, 130 minlik Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığında qalır və müdaxilə riski olduqca yüksəkdir. Ona görə də hücumun fevralın 16-da başlamaması Putinin planlarından ümumiyyətlə daşınması demək deyil.

“Əgər biz Ukrayna ətrafındakı rayonlarda baş verənlərə nəzər salsaq bu həftə təcavüz aktının başlaması tamamilə mümkündür”, - o deyib.

Rusiya prezidenti Vladimir Putin isə ötən gün Almaniya kansleri Olaf Şolsla Kremldə keçirdiyi görüşündən sonra bəyan edib ki, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair təminat “dərhal verilməlidir”. Putinin sözlərinə görə, bu təminat Rusiyaya yazılı şəkildə verilməlidir.

“Deyirlər ki, Ukrayna yaxın illərdə NATO-da olmayacaq...Deyirlər ki, bu sabah baş verməyəcək. Bəs nə vaxt baş verəcək? O biri gün? Bəs bu bizim üçün tarixi perspektivdə nəyi dəyişir? Heç nəyi. Ukraynanı NATO-ya üzvlük üçün “hazırlaya” bilərlər. Ona görə də biz bu məsələni dərhal, elə indi həll etmək istəyirik”,-Putin daha əvvəl Qərbə irəli sürdüyü ultimatumu yeniləyib.

Xatırladaq ki, ABŞ və bəzi digər Qərb ölkələri Rusiyanın bu gün fevralın 16-da hücum edəcəyi haqda xəbərdarlıq yaymışdılar. Britaniyanın “The Sun” qəzeti isə hətta hücumun saatını da göstərmişdi-03.00. Lakin hücum həmin saatda başlamayanda qəzet tarixi dəyişib, hücumun “istənilən vaxt” başlaya biləcəyini göstərib. Nəşr bu məlumatı ABŞ kəşfiyyatına istinad edərək yayıb.

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}