Son dəqiqə
15-03-2022, 10:23
428

Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov mağazada güllələndi

Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov mağazada güllələndi

Bakının Binəqədi rayonunda 2020-cu ilin mayında törədilmiş səs-küylü qətlin sifarişçisi hesab edilən, lakin bir neçə ay əvvəl məhkəmədə bəraət alıb azadlığa çıxan idmançı. Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov ötən gün martın 14-də axşam güllələnərək öldürülüb. virtualaz.org xəbər verir ki, bu qətl Nəsimi rayonu 6-ci mikrorayon ərazisində baş verib.
Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla ərzaq mağazasının içərisində güllələnərək qətlə yetirilib. Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib. Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zaur Yusifovun adı keçən səs-küylü qətl 2020-ci il mayın 9-da baş vermişdi. Həmin gün keçmiş məhkum, 1995-ci il təvəllüdlü Həsən Tağıyev kriminal aləmdə “Emin 444” (idarə etdiyi cipin nömrəsi 444 rəqəmləri ilə bitirdi, - red.) kimi tanınan Emin Səfərovu ona məxsus avtomobildə çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Bu vaxt kikboksinq üzrə dünya çempionu Zaur Yusifov da hadisə yerində olub, onun adı qətlin siifarişçisi kimi keçirdi. Emin Səfərovun anası da oğlunun qatilinin məhz Zaur Yusifov olduğunu deyirdi və dəfələrlə bu barədə KİV-lərdə, sosial şəbəkələrdə müraciətlər yaymışdı.


Ötən gün qətlə yetirilən Zaur Yusifova gəldikdə isə, 2020-ci ilin mayında törədilmiş qətlə qədər o idman cameəsində kifayət qədər tanınan biri , “ZZ” Kikboksinq Klubunun prezidenti idi. Üstəlik Dövlət Miqrasiya Xidmətində hansısa mühüm vəzifə tuturdu." Gənclər və İdman Nazirliyi ona “Əməkdar idman ustası” adı vermişdi və bu titulu Z.Yusifova hazırda Milli Məclisin vitse-spikeri olan Adil Əliyev özü şəxsən təqdim etmişdi.

Z.Yusifov 1984-cü il yanvarın 1-də Naxçıvanın Şərur rayonunda anadan olub , iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb.
Emin Səfərovun qətlinə dair cinayət işinin istintaq materiallarında onun qətldə bilavasitə iştirak etdiyi göstərilirdi. İttiham aktında bildirilirdi ki, Zaur Yusifov avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Zaur Yusifov

Həmin vaxt Həsən Tağıyev də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb. Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

2020-ci ildə törədilmiş qətl

Lakin 2021-ci ilin avqustunda məhkəmə bu səs-küylü qətl işi üzrə hökm çıxararkən Z.Yusifovun qətldə iştirakını təsdiqləyən yetərli sübutlar olmadığı qənaətinə gəlmişdi və ona bəraət vermişdi. Naxçıvanlı idmançı məhkəmə zalından azadlığa buraxılmışdı, H.Tağıyev isə 18 il həbs cəzasına məhkum edilmişdi. Z.Yusifovun azadlığa buraxılmasından sonra Emin Səfərovun anası yenidən sosial şəbəkələrdə, KİV-lərdə müraciətlər yayaraq oğlunun qatilinin cəzalandırılmasını tələb edirdi./virtualaz.org/

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}