Son dəqiqə
22-06-2023, 16:43
106

Sahibə Qafarova çexiyalı deputatlarla görüşüb - FOTO

Sahibə Qafarova çexiyalı deputatlarla görüşüb -
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri bu səfərin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə parlamentlərimizin dostluq qrupları arasında təmasların, qarşılıqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı və mühüm iqtisadi tərəfdaş ölkə olaraq əldə etdiyi nailiyyətləri diqqətə çatdırılıb.

Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz bu illər ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Bildirilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Söhbətdə həmçinin işğal dövründə və Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən ərazilərin minalanmasının işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə yaratdığı maneə və təhlükələr diqqətə çatdırılıb, Azərbaycanın sülh istədiyi, Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürdüyü, hazırda sülh danışıqlarının davam etdiyi bildirilib.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



XəbərTv.info

Digər xəbərlər

Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
“Neftçi” bilet satışından Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək
Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - FOTO
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salınır
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Millimiz Türkiyəyə qarşı
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
“Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… -
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Moskvada etirazçılarla polis arasında toqquşma baş verdi - Yaralananlar var
2 fevral Gənclər Günüdür!
Rusiya ordusu Ukraynanı raket atəşinə tutur
İngiltərə Futbol Federasiyasından şampan qadağası - Müsəlmanlara görə
Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”
General Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"
Bayker öz ölümünü videoya çəkdi – Video
UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu
Argentinada Maradonaya görə matəm elan olundu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Azərbaycanın Xankəndidəki doğum evini atəşə tutması yalandır
UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?
2020-ci ilin qeyri-iş günləri açıqlandı (TƏQVİM)
Paşinyan: “Şuşa ermənilərə qalmalı idi?”
{sape_links}{sape_article}