Son dəqiqə
27-06-2023, 12:29
211

VƏLİYEVLƏRƏ MƏXSUS 3 İRİ MÜƏSSİSƏ FƏALİYYƏTİNİ DAYANDIRIR - Nə baş verir?

VƏLİYEVLƏRƏ MƏXSUS 3 İRİ MÜƏSSİSƏ FƏALİYYƏTİNİ DAYANDIRIR -

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, iş adamı kimi tanınan Şahmar Vəliyevə məxsus 3 iri müəssisə fəaliyyətini dayandırır.

Bu barədə məlumatla araşdırmaçı-jurnalist Hafiz Babalı çıxış edib. Onun yazdığına görə, bu müəssisələr Yevlax və Mingəçevirdə yerləşir.

Həmin müəssisələrin bağlanmasına dair elanlar bu gün dərc olunub.
Birinci elan: “Yevlax Kənd Təchizat” ASC (VÖEN 2200077471) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

İkinci elan: “Yevlax-Mərkəzi Bazar” ASC (VÖEN 2200069371) bildirir ki, səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

Üçüncü elan: “Mingəçevir Maşın Təmir” ASC (VÖEN 2700235941) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 10:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.

Qeyd edək ki, bu 3 şirkətdən başqa Şahmar Vəlyevin Azərbaycanda digər şirkətləri də var. Ş.Vəliyev “Azneftemaş” ASC-nin, onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarıdır. Bundan başqa, R.Vəliyev daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir.(Musavat.com)

XəbərTv.info

Digər xəbərlər

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur
Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO
Xacmazda qanlı cinayət — QAYIN YEZNƏSİNİ GÜLLƏLƏDİ
Təcili yardım çağırışlarının gecikməsinin səbəbləri açıqlandı
Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Eurohome” yanır
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR...
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
Azərbaycanda fəhlə ölümcül xəsarət aldı
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Semaşko”da müayinə aparatı işləmir
Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub”
Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Füzulidə iki azərbaycanlı minaya düşdü
DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB
Yoluxanların sayı açıqlandı
Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı
Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
SON DƏQİQƏ! Elmar Məmmədyarov istefa verdi
Türkiyə hərbçiləri Naxçıvanda
Pelenin vəziyyəti yenidən pisləşib
Bakıda "Bazarstore" mağazasında güclü YANĞIN - VİDEO
Şəkinin giriş-çıxışına polis postu quruldu
{sape_links}{sape_article}