Son dəqiqə
5-04-2024, 17:53
102

Bəhruz Məhərrəmov: "Məhkəmələrə bu kimi çirkab hücumların heç bir effekti ola bilməz"

Bəhruz Məhərrəmov: "Məhkəmələrə bu kimi çirkab hücumların heç bir effekti ola bilməz"
"Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi ilə hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Habelə hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Eyni zamanda məhkəmələr Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət prosesini həyata keçirən orqanlardan ən səlahiyyətlisidir".

Bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, son zamanlar anti-Azərbaycan kampaniyası fonunda məhkəmələrimiz bəzi Qərb dairələri və onların yerli 5-ci kolon funksiyası yerinə yetirən uzantıları tərəfindən hədəfə alınır.

"Məsələn, iki gün öncə Blinkenin Azərbaycan Prezidentinə zəngindən sonra Vaşinqton “Azərbaycanı haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırması” məzmununda açıq şantaja keçdi. Məlumdur ki, insan haqları ilə əlaqəsi olmayan bu çağırış anti-Azərbaycan kampaniyanın uğursuz bir hissəsidir. Əgər ABŞ-ni, həqiqətən də, fundamental haqlar maraqlandırırsa, öncə öz ərazisində rasizmə, habelə soxulduğu bölgələrdə islamofob davranışlara, Assanc, Tramp kimi şəxslərə münasibətdə fikir və ifadə azadlığına təcavüzə, habelə hər il yüzlərlə ABŞ vətəndaşının polis zorakılığının qurbanına çevrilməsinə son qoysun. Müasir Amerika ərazisində yaşamış 70 milyon qızıldərilini məhv edən, o cümlədən 10 min kilometrlərlə uzaqdakı ölkələrə demokratiya adı altında bədbəxtlik gətirib, çoxsaylı insanlıq əleyhinə cinayətlər törətmiş bir subyekt bu gün Azərbaycana insan haqları sahəsində çağırış edə bilməz. İndi, sual qoyuruq, Blinken hansı mənbəyə istinad edərək Azərbaycanda təqsirsiz şəxslərin məsuliyyətə cəlb edildiyini iddia edir?", - deyə deputat qeyd edib.

B.Məhərrəmov deyib ki, Azərbaycanda hər bir cinayət təqibi faktiki və hüquqi əsasa söykənir: "Sadəcə aydındır ki, Vaşinqton bu böhtanı ilə özünün qeyri-sağlam məqsədləri naminə Azərbaycanda cinayət təqibini süni surətdə siyasiləşdirib cinayət mühakimə icraatı üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır. Ermənistanda ictimai-siyasi mühitə 30 ildir ki, divan tutulur. Bir dəfə ABŞ Dövlət Departamentinin bu drama münasibət bildirdiyini görməmişik. Əlbəttə, aydındır ki, bu saxta iddialarda söhbət kimdən gedir. Amma hər kəs bilməlidir ki, həmin şəxslər əslində elə ABŞ-nin özünün qurbanlarıdır və onlara qarşı irəli sürülən ittihamlar üzrə ehtimal olunan cinayətlərin təhrikçisi elə Qərb özüdür.

Bu mənada, Azərbaycanda cinayət təqibi orqanları, o cümlədən məhkəmələrə bu kimi çirkab hücumların heç bir effekti ola bilməz, əksinə Qərb növbəti dəfə özünü ifşa edir. Hakimlərimiz də bilməlidir və bilirlər ki, nə Qərb, nə də onların yerli tör-töküntülərinin məhkəmələrimizə münasibətdə tutduğu mövqenin heç bir önəmi yoxdur. Unutmaq olmaz ki, Azərbaycan Konstitusiyasının 8-ci maddəsi ilə bu gün Azərbaycan məhkəmələrinin müstəqilliyinin təminatçısı şəxsən müzəffər Ali Baş Komandan özüdür".

Xebertv.info

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}