Son dəqiqə
19-04-2024, 09:26
137

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü
Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfər öldürülüb.

Bu barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

04:29

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DƏHŞƏT
General Ədalət Paşayev vəfat etdi - FOTO
Cəbhə bölgəsində silahlı jurnalist?
Aqil Abbas fala baxır?
SOCAR-ın sabiq vitse-prezidenti 124 hektar torpağı mənimsəyib…
Faiq Ağayev yüksək vəzifəyə təyin EDİLDİ - FOTO
“ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin sayı ARTIRILDI
Yunis Səfərov apellyasiya şikayəti verib
İranda zavodda yanğın baş verib
Fransa rusiyalı oliqarxlarının daşınmaz əmlakını müsadirə edəcək
Ərdoğana sərt cavab verməyə cəsarəti çatmadı:
10 yaşlı qızın bu addımı Ukraynanı kövrəltdi... -
İmadəddin Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirilib
Prezidentdən beynəlxalq təşkilatlara mesaj: “Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi!”
Ermənilər əsirlikdə olan Aminin FOTOSUNU yaydılar
Neftin qiyməti bahalaşır
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
20 Yanvar hadisələrindən 31 il ötür
"Lotu Quli"nin kriminal imperiyasını bu şəxs zorla ələ keçirmək niyyətindədir
Dörd dəfə ərdə olan azərbaycanlı qadından ŞOK SÖZLƏR: "Anamla bacım oğlumu əlimdən alıb..."
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Deputat Səttar Möhbalıyevin məhkəməyə gətirilməsi tələb olunur
Dələduzluqda ittiham olunan sabiq polis əməkdaşına hökm oxundu
Sahir Məmmədxanov haqda İLGİNC İDDİALAR... - VİDEO
Gəncə Dövlət Universitetində korrupsiya qalmaqalı
Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi
“30 ildir dua edirdik ki, o torpaqlarımızda ibadət edək, azan səsi gəlsin” - Şeyx
Laçına növbəti köç başladı -
Bakıda yaşayan qarabağlı sənət adamları geri qayıdacaqlar? - CAVABLAR
Cüneyt Çakır XXI əsrin ən yaxşı ikinci məşqçisi seçilib - SİYAHI
{sape_links}{sape_article}