Son dəqiqə
5-08-2024, 12:07
145

Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun açılışında iştirak edib - FOTO

Prezident “Cavanşir” körpüsünün yerində tikilən yolun açılışında iştirak edib - FOTO





Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində "Cavanşir" körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyov küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı "Cavanşir" körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Məlumat verildi ki, həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınıb, ən müasir işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17 metr olan "Cavanşir" yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi./AZƏRTAC/












Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"