Son dəqiqə
4-02-2020, 09:15
821

Prezidentdən məcburi köçkünlərə şad xəbər

Prezidentdən məcburi köçkünlərə şad xəbər


Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir.

Xebertv.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident qeyd edib ki, Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir:

"Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər.

Bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacaq. Onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcəkdir. İki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq. Ancaq, əlbəttə, bu proses davam etdirilir. Bildirməliyəm ki, beş mərkəz bu il istifadəyə veriləcək, bundan əlavə daha altı mərkəzin açılışı da gündəlikdədir. Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.

“DOST” mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur. Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcəkdir". //Axar.az

Digər xəbərlər

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət edib
Qarda yıxılıb xəsarət alanların ümumi sayı açıqlandı
20 milyon dolları ələ keçirən erməni cütlük axtarılır (FOFO)
Sərt karantin daha 2 həftə uzadılacaq - Prezidentin köməkçisi
Rektor haqqında ŞOK İDDİA - Ağır ittihamlar...
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
Eldəniz Səlimovun mandatı nə vaxt alınacaq?
Muxtar Babayevi aldadırlar? – Nazirlik əməkdaşı dövlətə 2 milyon ziyan vurduran direktorun müdafiəsinə başladı -
Deputat: “Dayanmadan “çakkaçak” çəkib qaçırlar”
Koronavirusa yoluxan məktəblilərin sayı açıqlandı
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
“Lotu Quli”nin dəstəsinin üzvü saxlanıldı - Rusiyada əməliyyat
Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətindən istefa verdi
"Azərbaycan pandemiyanın pik həddini geridə qoyub" – TƏBİB-in işçi qrupunun rəhbəri
Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu
Bankdan qovulan İdarə Heyətinin sədri Fərhad Adıgözəlov kimdir...
Rauf Vəliyevin komandasında dövlətin “yuyulan” milyonları... -
Kürdəxanı sakinləri Allaha dua edirlər ki, yağış yağmasın
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Bu rayonlar karantin zonasından çıxarılır
SON DƏQİQƏ! Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi
Xəzərdə partlayıcı vasitələrdən istifadə edərək balıq ovlayan şəxslər saxlanılıb -
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Azərbaycanda təhlükəli demoqrafik statistika
Azərbaycanlı müğənniyə ŞOK - Brilliant qaşlı üzüyünü belə itirdi - VİDEO
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
{sape_links}{sape_article}