Son dəqiqə
20-02-2020, 11:23
670

Nazir Ramin Quluzadəyə qarşı qiyamın arxasında nə dayanır? - İLGİNC

Nazir Ramin Quluzadəyə qarşı qiyamın arxasında nə dayanır? - İLGİNC

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə barədə media orqanlarında xoşagəlməz xəbərlərin yayılmasını təşkil edənlər bu nazirliyin öz əməkdaşlarıdır”.

Ovqat.com-a bu barədə məlumat nazirlikdəki mənbədən verilib.

Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Prezidentin iki nazirliyi birləşdirməsindən sonra sözügedən dövlət orqanında onsuz da narahatlıq var idi. İstər keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun komandası, istərsə də qalmaqallı korrupsiya əməllərinə görə işdən qovulmuş keçmiş Rabitə naziri Əli Abbasovun kadrları bu qurumda aparılan struktur islahatlarından narazı idilər və indi də elədir. Yeni nazirlik yarandığı gündən indiyədək 3 ildir ki tikan üstündə oturan köhnə kadrlar hər an vurulacaqları günü gözləyirmişlər. Ramin Quluzadənin ləkələnməsi və nüfuzdan düşməsi onların tam maraqlarına uyğun imiş. İddialara görə, onun yerində Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun da gözü varmış. Bu 3 qüvvənin Ramin Quluzadəyə qarşı birləşməsi hər an partlayış riski yaradırmış.

Nazir Ramin Quluzadənin məişət problemləri və bu problemdən yaranan məlum qalmaqal da onlara bu fürsəti verir.

İnformasiya qaynağımızın məlumatına görə, Ramin Quluzadə qısa müddətdən sonra tam formalaşdırılacağı gözlənən yeni siyasi hakimiyyətin kadrıdır. O, 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda müxtəlif vəzifələrdə çalışıb. 10 illik fəaliyyəti dövründə sədaqətini təsdiq etməyi bacaran Ramin Quluzadə hətta bu xüsusiyyətinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. Məhz bu medalı yaxasına taxandan sonra bəxti də açılıb. Cəmi bir il sonra rabitə sahəsində heç bir təcrübəsi olmamasına baxmayaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu vəzifədə də çox qalmayıb. Yenə bir ildən sonra, yəni 2016-cı ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gətirilib. Üzərindən yenə 1 il 1 ay keçib. 13 fevral 2017-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Nəqliyyat Nazirliyi də Ramin Quluzadənin əmrinə verilib. İddialara görə, təcrübəsiz bir adama 3 ildə iki nazirliyin tapşırılması da qurumdakı narazılığı gücləndirib.

O da istisna edilmir ki, narazılığın subyektiv olduğu kimi, obyektiv də səbəbləri var. Belə ki, cəmi 3 il ərzində hakimiyyət orqanlarında böyük sıçrayış edən Ramin Quluzadənin də başı bu yüksəlişdən gicəllənməyə başlayıb. Xüsusilə məişət məsələlərində. Bu baş gicəllənməsi də sonunda məlum insidentə səbəb olub. 3 ildir elə bunu gözləyən nazirlik əməkdaşları isə fürsəti fövtə verməyiblər.

Maraqlıdır ki, Ramin Quluzadənin bu zəif nöqtəsindən yapışıb ona qarşı “qara piar” aparanlar özlərini gizlətməyə belə lüzum görməyiblər. Media orqanlarında dərc olunan məlumatlarda informasiyanın qaynağı aydın şəkildə özünü büruzə verir. TimeTV.live adlı portal “Nəqliyyat və Rabitə Nazirliyində dava düşüb” sərlövhəli yazısında məlumatı nazirlikdən aldıqlarını açıq şəkildə qeyd edərək yazır: “...nazirliyin bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu”.

Yazını olduğu kimi dərc edirik:

“Time TV-yə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə barədə maraqlı informasiya daxil olub. Sən demə xeyli müddətdir ki, nazir öz iş funksiyasını yerinə yetirmək də problemlə qarşılaşırmış. Ona bu problemi dövlət rəhbərliyi və ya digər qurumlar yaratmırmış. Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş.

Təbii ki, biz bizə göndərilən informasiyaya yer ayırmazdıq. Lakin nazirliyin bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu. Bu üzdən çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayır. Ötən həftə isə nazirlikdə böyük hay-küy düşüb. Nazirin həyat yoldaşı nazirliyə gələrək Ramin Quluzadənin sevgilisilə dava edib. Adını etik səbəbdən qeyd etmədiyimiz sevgilinin saçlarından tutaraq nazirliyin dəhlizlərində sürüyüb. Mühafizəçilər və cangüdənlər olaya müdaxilə edib. Nazir dəhlizə çıxıb bütün işçilərə otaqlara girib qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və nazirin həyat yoldaşını evə göndəriblər.

Qeyd edək ki, biz bu məlumatı nazirliyin işçilərinin bizə müraciəti əsasında dərc edirik. Əgər, qarşı tərəf fikirlərini bildirmək, mövqe açıqlamaq istəyərsə, ona da yer ayıra bilərik”.

Xüsusi qeyd:

Son zamanlar baş verən bir çox qalmaqalların kökündə klanlararası ziddiyyətlərin dayandığı barədə iddialar var. Bir müddət əvvəl böyük saxtakarlıqla bitən parlament seçkilərinin də məhz bu səbəbdən ortaya çıxdığı bildirilir. İddialara görə, parlamentin tərkibini yeni komandanın tələblərinə uyğunlaşdırmaq istəyən siyasi iradənin bu təşəbbüsü köhnə qvardiyanın maraqlarına cavab vermədiyi üçün açıq-aşkar saxtakarlığa gedildi. İlk əvvəl həqiqətən xalqın qəzəbini qazanan köhnə qvardiyaçılara qarşı etiraz aksiyaları təşkil olundu. Bunun arxasında, sözsüz ki, yenilər dayanırdı. Köhnə qvardiyaçılar isə bütün dairələr boyu saxtakarlığı açıq şəkildə həyata keçirməklə bütünlüklə növbədənkənar seçkiləri şübhə altında qoydular.

Yenilərin növbəti həmləsi “ümumxalq etirazlarının” təşkil olunduğu 4 dairədə seçkilərin nəticələrinin ləğv edilməsi oldu. Ardından bir neçə gün keçdikdən sonra MSK yenilərin də bir çoxunun mandatına kölgə salan qərar qəbul etdi. Onlardan da bəzilərinin nəticələri yenidən baxılması üçün DSK-lara göndərildi. Parlamenti qazanmaq uğrunda qızğın hesablaşmaların getdiyi bir zamanda Ramin Quluzadə qalmaqalı ortaya çıxdı. Əldə etdiyimiz məlumata görə, yeni komandanın digər nazirləri barədə də kompramatlar hazırlanıb və yaxın günlərdə media qurumlarına ötürüləcək.

Ovqat.com

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}