Son dəqiqə
2-12-2020, 10:34
6 894

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?


Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin əksər müddəaları artıq öz həllini tapıb. Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olundu. Bəs bundan sonra Qarabağda ermənilərin də yaşadığı digər ərazilərimizlə bağlı hansı addımlar atılacaq?

XeberTv.info bildirir ki, bu barədə Modern.az-a danışan Xocalı şəhərinin deputatı Elman Məmmədovun sözlərinə görə, Xankəndi, Xocalı kimi şəhərlərimizin əhali tərkibi və idarəçilik forması ancaq dövlət səviyyəsində müəyyənləşdirilə bilər:

"Mən əminliklə bir şey deyə bilərəm ki, Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın daxilində qalan müəyyən problemlər ki var, Xankəndi, Xocalı, Xocavəndlə bağlı – bu məsələ dövlətlərarası danışıqlar nəticəsində müəyyən olunacaq. Təbii ki, dövlətlərarası deyəndə, məğlub olmuş Ermənistan ölkəsi bura daxil deyil. Burada Azərbaycan, Rusiya və Türkiyə dövlətləri arasında olan söhbətlər daxildir.

Millətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlığını alan şəxs burada yaşayacaq. Buna razı olmayanlar Azərbaycan sərhədlərindən kənara çıxarılacaq. Artıq nə olacaq, necə olacaq onu gedişat göstərəcək”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub:

"Cənab prezidentin dediyi kimi, Dağlıq Qarabağa status məsələsi artıq yoxdur. Rusiya Federasiyasından gələn sülhməramlıların orada yerləşdirilməsi, sadəcə müvəqqəti olaraq sülhməramlı missiyanı yerinə yetirmək üçün atılmış addımdır. Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıların üzərinə düşür.

Düşünürəm ki, artıq Ermənistan sözünü ancaq sərhəddən kənarda işlədə bilərik. Bu gündən etibarən işğalçı qüvvələr Azərbaycanda yoxdur. Azərbaycan ərazisində yaşamaq istəyən hər bir şəxs Azərbaycanın öz vətəndaşı kimi qəbul olunur.

Mən hesab edirəm ki, bu vətəndaşlıq və digər məsələlər öz həllini tapacaq. Bizim mina sahələrinin təmizlənməsi, kommunikasiyaların yaradılması kimi işlərimiz var. Hələlik təhlükəsizlik və humanitar baxımdan işlər sülhməramlıların üzərinə düşür".

Ekspert Prezident İlham Əliyevin fikirlərini xatırladıb və qeyd edib ki, Dağlıq Qarabağla bağlı hər hansı status yoxdur:

"Azərbaycan xalqının sahib olduğu bütün hüquqlar Azərbaycan ərazisində yaşayan bütün insanlara aid olacaq. Əgər əcnəbi şəxs kimi yaşamaq istərsə, onlarla da bağlı qanun çərçivəsində tədbir görüləcək. Bizim istəyimiz ərazi bütövlüyünü təmin etmək, işğalçıları ölkəmizdən çıxarmaqdır və bunu biz bacardıq. Daxildə gedən proseslərə gəlsək, əlbəttə bunlar da öz həllini tapacaq.

Bizim qardaş dövlət Türkiyə hər zaman yanımızda olduğunu hiss etdirib. Türkiyə sülhməramlıları monitorinq qrupunda olacaq və hər an Azərbaycana gəlib, sülhməramlı missiyanı yerinə yetirməyə hazırdılar.

Erməni istəyərsə yaşayacaq, yaşamaq istəməsə yolları açıqdır. Bu məsələlər minimum 5 ilə həll olunacaq.

Bizim öhdəmizə düşən vəzifə prezidentimizin ətrafına yığılıb, başqa məsələlərdə döyüşdir. Biz İlham Əliyevin iradəsinə, gücünə və vətənpərvərliyinə inanırıq”.

Digər xəbərlər

Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
“Neftçi” bilet satışından Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək
Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - FOTO
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salınır
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Millimiz Türkiyəyə qarşı
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
“Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… -
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Moskvada etirazçılarla polis arasında toqquşma baş verdi - Yaralananlar var
2 fevral Gənclər Günüdür!
Rusiya ordusu Ukraynanı raket atəşinə tutur
İngiltərə Futbol Federasiyasından şampan qadağası - Müsəlmanlara görə
Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”
General Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"
Bayker öz ölümünü videoya çəkdi – Video
UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu
Argentinada Maradonaya görə matəm elan olundu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Azərbaycanın Xankəndidəki doğum evini atəşə tutması yalandır
UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?
2020-ci ilin qeyri-iş günləri açıqlandı (TƏQVİM)
Paşinyan: “Şuşa ermənilərə qalmalı idi?”
{sape_links}{sape_article}