Son dəqiqə
26-02-2020, 12:27
888

Azərbaycanda kəskin bahalaşma baş verə bilər - AÇIQLAMA

Azərbaycanda kəskin bahalaşma baş verə bilər - AÇIQLAMA


“İrandan gətirilən malların çeşidinin çoxluğunu nəzərə alsaq, sərhədlərin bağlanması Azərbaycan bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Eyni məhsulları Türkiyədən, Rusiyadan almaq olar, amma bu daha baha qiymətə başa gələcək”.

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Çindən məhsulların idxalının dayandırılması, Çinlə ticarət əlaqələrinin zəifləməsi, Azərbaycan bazarında qiymət artımının sürətlənməsi ehtimalını yüksəldir:

“Ötən il Çindən 1,5 milyard dollarlıq məhsul alınıb. Minlərlə çeşidi olan məhsulları əvəz edə biləcək digər ölkələrlə hələ indi danışıqlar başlayıb. Yenidən müqavilələrin bağlanması uzun zaman alacaq. Məhsulların qiymətinin ucuzluğu baxımından Çin bazarının alternativi yoxdur. Lakin Çindən gətirilən məhsullara qadağaların qoyulması, həmçinin İranla sərhədlərin bağlanması, Azərbaycan bazarında ciddi qiymət artımına təkan verən amilə çevrilə bilər”.

İqtisadçı onu da qeyd edib ki, vəziyyət ciddiləşərsə, həm Türkiyə, həm də İranın sərhədləri bağlaması ilə Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşə bilər. Bunun üçün Azərbaycan kifayət qədər işlər görməlidir:

“Sərhədlərin bağlanması Naxçıvanın blokada vəziyyətinə düşməsinə, həmçinin, məhsulların azalması, bazarda kifayət qədər problemlər yarada bilər. Bu tarixdə yaşanmış "Berlin Körpü Əməliyyatı"nı xatırladır. Bu əməliyyat çox baha başa gəlsə də, ən azından həmin insanların aclıqdan əziyyət çəkməməsinə yardım etdi və çox uğurlu əməliyyat kimi tarixə düşdü. Əgər vəziyyət çox ciddiləşsə, belə bir çətinlik yaransa, Azərbaycan höküməti də təyyarələr vasitəsilə Naxçıvana ərzaq məhsulları və ya dərman preparatlarının aparılması ilə bağlı qərar verməlidir”.

Ekspert onu da vurğulayıb ki, əsasən sərhədyanı ticarətdə problemlərin yaşanması ehtimalını ortaya qoyur:

“İranla sərhədyanı ticarətdə məşğul olan, bununla pul qazanan, öz gündəlik dolanışığını İranda etdiyi bazarlıqla təmin edən minlərlə vətəndaş var. Sərhədlər bağlanarsa, onların dolanışığına daha ciddi mənfi təsir göstərəcək”.

Digər xəbərlər

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur
Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO
Xacmazda qanlı cinayət — QAYIN YEZNƏSİNİ GÜLLƏLƏDİ
Təcili yardım çağırışlarının gecikməsinin səbəbləri açıqlandı
Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Eurohome” yanır
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR...
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
Azərbaycanda fəhlə ölümcül xəsarət aldı
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Semaşko”da müayinə aparatı işləmir
Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub”
Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Füzulidə iki azərbaycanlı minaya düşdü
DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB
Yoluxanların sayı açıqlandı
Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı
Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
SON DƏQİQƏ! Elmar Məmmədyarov istefa verdi
Türkiyə hərbçiləri Naxçıvanda
Pelenin vəziyyəti yenidən pisləşib
Bakıda "Bazarstore" mağazasında güclü YANĞIN - VİDEO
Şəkinin giriş-çıxışına polis postu quruldu
{sape_links}{sape_article}