Son dəqiqə
5-03-2020, 15:56
459

Femida hardasa buralarda intihar edib... - Tovuz məhkəməsində biabırçı mənzərə...

Femida hardasa buralarda intihar edib... - Tovuz məhkəməsində biabırçı mənzərə...


Bir neçə gün bundan öncə Qovlar şəhər sakinləri Həsənov Elşad Abbasəli oğlunun və Bağırov Kamil İbrahim oğlunun üz-üzə qaldıqları problemlərlə, həmçinin Tovuz rayon Məhkəməsində bəzi qətnamələrin çıxarılmasında rüşvət faktorunun tüğyan etməsi və s. kmi məsələlərlə bağlı Deryaz.Az saytında müəyyən açıqlamalar və Elşad Həsənovla Tovuz rayon Məhkəməsində hakimlərin “makleri”kimi fəaliyyət göstərən Əli Novruzovla səs yazısını yayımlamışdıq. Redaksiyamıza daxil olan səhih məlumatlara görə, bu yöndə yayımladığımız açıqlamalar və səs yazısı bəzi çevrələrin ciddi müzakirə etdiyi mövzulardan birinə çevrilir və atılan addımların mahiyyəti ilə bağlı müəyyən təhlilər də aparılır. Tovuz rayon Məhkəməsində qol qoyulan belə bir olaylarla bağlı dünən redaksiyamıza çatdırılan 2-ci səsyazısında isə, tamam fərqli məqamları dinləmək mümkün olur. Bu dəfə çatdırılan səsyazısında Elşad Həsənov və Tovuz rayon Məhkəməsinin bütün “rüşvət” məsələlərini həll edən Arif Mehtiyev arasındakı səs yazısında isə qeyd olunub ki, Tovuz rayon Məhkəməsində problemlərini həll etmək üçün Elşad Həsənov və Kamil Bağırov ilk əvvəl Qovlar şəhər sakini Tovuz rayon Məhkəməsinin “makleri” Əli Novruzovla danışıb razılığa gəlirlər. Hətta, adı çəkilən bu şəxsə işin həll olunması üçün 550 manat pul da verirlər. Elə ki, pul Əli Novruzova çatır, o halda o, “mən hakim ilə danışmışam, bir ay ərzində qətnamə sizin xeyrinizə çıxarılacaq, hər işiniz də qaydaya düşəcək. Mən işi özbaşıma görmürəm, hər bir işlə bağlı “ağsaqqal”la danışıram və bu işdə uduş ola bilər, ya yox deyə ona sual da verirəm. Əli Novruzov “ağsaqqal” deyəndə Tovuz rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev nəzərdə tutulur.

Elşad Həsənov və Kamil Bağırov Əli Novruzov adlı şəxsə onların xeyrinə qətnamə qəbul olunması üçün 550 manat pul versələr də, ötən ilin may ayının 12-də keçirilən məhkəmə prosesində hər iki şəxsin əleyhinə məhkəmə qətnaməsi çıxarılır. Belə bir səbəb üzündən də, tərəflər arasında əməlli-başlıca qarşıdurma yaranır. O halda Əli Novruzov vəziyyətdən çıxış yolu axtarır və o, “Mən sizdən aldığım 550 manat pulu hakimə vermək üçün Arif Mehtiyevə vermişəm. Əli Novruzov deyir ki, Arif Mehtiyev Tovuz rayon Məhkəməsində hakimlərlə bütün işləri həll edən yeganə adamdır.

Çox keçmir ki, Elşad Həsənov və Kamil Bağırov vaxtilə hakim köməkçisi işləmiş, qol qoyduğu fırıldaq əməllərinə görə məhkəmə sistemindən uzaqlaşdırılmış, əldə etdiyimiz məlumatlara görə bu gün isə vəkillik fəaliyyəti ilə məşğul olan Arif Mehdiyevlə görüşürlər. Arif Mehtiyev etiraf edir ki, Əli tərəfindən ona 150 manat pul verilib. Arif deyir ki, mən həmin işi hakim Nofəl Mustafayev ilə danışıb həll etmişdim. Siz gəlmədiniz ona görə də məsələ öz həllini tapmadı.

Çatdırılan səsyazısında bu kimi halların qeyd olunması onu sübut edir ki, Tovuz rayon Məhkəməsində çıxarılan əksər qətnamələrin arxasında rüşvəf faktoru başlıca rol oynayır.

P.S. Hörmətli oxucular! Biz bundan sonra da bu yöndə araşdırmamızı davam etdirəcəyik və sizləri yaxın günlərdə daha sensasiya doğura biləcək səsyazıları ilə tanış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. //deryaz.az//


Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}