Son dəqiqə
14-04-2020, 18:22
602

Yas mərasimində iştirak adı ilə yalandan icazə alan daha 50 nəfər cəzalandırıldı

Yas mərasimində iştirak adı ilə yalandan icazə alan daha 50 nəfər cəzalandırıldı

Ötən sutka ərzində yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 50 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

"Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Ötən sutka ərzində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 50 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.

"Vətəndaşlar bilməlidirlər ki, yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan tələb olunur ki, bu xidmətdən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək", - DİN-dən bildirilib.

XeberTv.info

Digər xəbərlər

Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
“Neftçi” bilet satışından Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək
Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - FOTO
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salınır
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Millimiz Türkiyəyə qarşı
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
“Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… -
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Moskvada etirazçılarla polis arasında toqquşma baş verdi - Yaralananlar var
2 fevral Gənclər Günüdür!
Rusiya ordusu Ukraynanı raket atəşinə tutur
İngiltərə Futbol Federasiyasından şampan qadağası - Müsəlmanlara görə
Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”
General Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"
Bayker öz ölümünü videoya çəkdi – Video
UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu
Argentinada Maradonaya görə matəm elan olundu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Azərbaycanın Xankəndidəki doğum evini atəşə tutması yalandır
UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?
2020-ci ilin qeyri-iş günləri açıqlandı (TƏQVİM)
Paşinyan: “Şuşa ermənilərə qalmalı idi?”
{sape_links}{sape_article}