Son dəqiqə
Ölkə
15-04-2020, 12:14
686
Muxtar Babayevə yeni müavin təyin edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
XeberTv.info-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.
Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.
XeberTv.info