Son dəqiqə
15-04-2020, 16:14
1 002

Avropa ölkələrində uşaq bağçaları, parklar, mağazalar açılmağa başlayıb

Avropa ölkələrində uşaq bağçaları, parklar, mağazalar açılmağa başlayıb


Dünyada koronavirusa yoluxanların sayında müəyyən azalma müşahidə edilir. Xüsusilə Avropada bu istiqamətlə sabitlik yaranmağa başlayıb. Buna görə də qitənin bir çox dövlətlərində ənənəvi həyatı bərpa etmək qərarına gəliblər.

XeberTv.info bizimyol.info-ya istinadən xəbər verir ki, Avropa ölkələrində uşaq bağçaları, parklar açılmağa başlayıb. Avstriya bu məsələdə xüsusi fərqlənir. Bu gündən xeyli qadağa aradan götürülür. Cəmi 14 mindən bir az artıq virus daşıyıcısının qeydə alındığı ölkədə kiçik mağazalara işləməyə icazə veriblər. Parklar da avstriyalıların üzünə açıqdır. Sadəcə, insanların maska taxması məcburidir.

Almaniyada son sutka ərzində əvvəlki günlərə nisbətən xeyli az yoluxma müşahidə edilib. Buna görə də həyatın bərpası labüd görünür. Bazar gününə qədər rəsmi karantin rejimidir. Sabah mütəxəssislərin iştirakı ilə federal hakimiyyətin toplantısı olacaq. Böyük ehtimalla karantin rejimi dayandırılacaq. Hərçənd, müddətin 7-10 gün uzadılması da mümkündür.

Danimarkada bu həftədən uşaq bağçaları fəaliyyətini bərpa etməyə başlayıb. Çexiyada karantin qaydalarını yumşaltmaq qərarı veriblər. Bir həftədir burada həyat daha normal təsir bağışlayır. Çexlərdən yalnız sosial məsafəni qorumaq xahiş olunur.

Dünyada virusa yoluxanların sayı 2 milyona yaxınlaşır. 120 mindən çox şəxs həyatını itirib. Virusa yoluxanların 900 minindən, ölənlərin 80 minindən çoxu Avropanın payına düşür.

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}