Son dəqiqə
28-07-2020, 18:15
1 607

Lənkəran sakininin qazdığı su quyusundan təbii qaz çıxdı

Lənkəran sakininin qazdığı su quyusundan təbii qaz çıxdı


Lənkəranda su çıxsın deyə qazılan quyudan təbii qaz çıxıb. Bu maraqlı hadisə quyu sahibini sevindirməli, yoxsa narahat etməlidir?

XeberTv.info azertac-a istinadən xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Qazdırdığı su quyusundan metan qazına oxşar maddə çıxdığını söyləyən Xanəhməd Hüseynovun dediyinə görə, bir əsrə yaxındır bu ünvanda yaşayırlar. Təsərrüfatda işlətmək üçün əvvəllər də həyətyanı sahəsində su quyusu qazdırıb, amma nəticə əldə etməyib. Bir neçə gün əvvəl yenidən artezian quyusu qazdırmaq qərarına gəlib. Quyudan az da olsa, su çıxıb. Dərinlik 26 metrə çatanda quyudan qabarcıq səsləri eşidilib: "Sonra usta alışqanla turbanın üstünü yandırdı, alov 6 metrə kimi qalxdı. Çətinliklə də olsa alovu söndürə bildik, ikinci dəfə də həmin hal baş verdi".

Altmış iki yaşlı ev sahibi Dünyaxanım Rzayeva deyir ki, uzun illərdir kənddə artezian quyuları qazılır, amma belə halla ilk dəfədir qarşılaşırlar. Bütün hallarda quyunun bir addımlığında yaşayan ev sahibləri narahatdırlar: "Birinci gün çaydanı ora qaynamağa qoydum. Daha qorxuruq, yaxına gedə bilmirik. Mən 41 ildir bura gəlin gəlmişəm, həmişə su tərəfindən çətinliyimiz olub. Suyu qonşuların həyətindən gətirmişəm. Bunun üçün quyu qazdıq və başımıza bu hadisə gəldi”.

Ev sahibi Xanəhməd Hüseynov hazırda suya görə çətinlik çəkdiklərini söyləyib, aidiyyətli qurumlardan köməklik istəyib.

Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, mütəxəssislər tərəfindən ərazidən keçən yeraltı qaz kəmərlərinə baxış keçirilib. Hər hansı qaz sızması aşkarlanmayıb. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları da hadisə yerinə çağırılıb. Təhlükəsizlik məqsədilə quyunun ləğv edilərək üstünün betonlanmasının vacibliyi qeyd edilib. Ekspertlərin fikrincə, yerin təkindən çıxan maddənin tərkibini müəyyən etmək üçün müvafiq laborator analizlərin aparılmasına ehtiyac var.

Digər xəbərlər

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət edib
Qarda yıxılıb xəsarət alanların ümumi sayı açıqlandı
20 milyon dolları ələ keçirən erməni cütlük axtarılır (FOFO)
Sərt karantin daha 2 həftə uzadılacaq - Prezidentin köməkçisi
Rektor haqqında ŞOK İDDİA - Ağır ittihamlar...
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
Eldəniz Səlimovun mandatı nə vaxt alınacaq?
Muxtar Babayevi aldadırlar? – Nazirlik əməkdaşı dövlətə 2 milyon ziyan vurduran direktorun müdafiəsinə başladı -
Deputat: “Dayanmadan “çakkaçak” çəkib qaçırlar”
Koronavirusa yoluxan məktəblilərin sayı açıqlandı
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
“Lotu Quli”nin dəstəsinin üzvü saxlanıldı - Rusiyada əməliyyat
Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətindən istefa verdi
"Azərbaycan pandemiyanın pik həddini geridə qoyub" – TƏBİB-in işçi qrupunun rəhbəri
Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu
Bankdan qovulan İdarə Heyətinin sədri Fərhad Adıgözəlov kimdir...
Rauf Vəliyevin komandasında dövlətin “yuyulan” milyonları... -
Kürdəxanı sakinləri Allaha dua edirlər ki, yağış yağmasın
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Bu rayonlar karantin zonasından çıxarılır
SON DƏQİQƏ! Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi
Xəzərdə partlayıcı vasitələrdən istifadə edərək balıq ovlayan şəxslər saxlanılıb -
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Azərbaycanda təhlükəli demoqrafik statistika
Azərbaycanlı müğənniyə ŞOK - Brilliant qaşlı üzüyünü belə itirdi - VİDEO
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
{sape_links}{sape_article}