Son dəqiqə
14-09-2020, 21:10
770

Bakı restoranında “görüş” Rövşən Lənkəranskinin ölümünün ildönümü ilə bağlı olub

Bakı restoranında “görüş” Rövşən Lənkəranskinin ölümünün ildönümü ilə bağlı olub


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 18 avqust tarixində Bakının Xətai rayonunda ifşa etdikləri “görüş” 2016-cı ildə İstanbulda öldürülən, Rövşan Lənkəranski ləqəbi ilə tanınan azərbaycanlı qanuni oğru Rövşən Canıyevin ildönümünün şərəfinə təşkil olunub.

XeberTv.info bildirir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Xatırladaq ki, nazirlik bu hadisəyə rəsmi münasibət bildirərək idarənin zabitlərinin “Qarabağ” restoranında apardıqları xüsusi əməliyyat nəticəsində kriminal aləmin 100-ə yaxın nümayəndəsinin saxlanıldığını bildirib.

Üstəlik, yerli KİV Daxili İşlər Nazirliyinə istinad edərək, onların kriminal avtoritet olduqlarını qeyd edib.

Ancaq polisin bildirdiyi kimi, “100 kriminal avtoritet” çox böyük səslənir. Onların fikrincə, ümumilikdə Azərbaycanda bunun yarı sayı belə yoxdur.

“Əslində kriminal elementlər – avtoritetlərin izi ilə getmək istəyən şəxslər tutuldu. Əlbəttə, restorana gələn bütün qonaqlar xüsusi karantin rejimini pozduqlarına görə cəzalandırılmalı idilər. Çünki həmin vaxt iaşə obyektlərinin fəaliyyəti qadağan idi. Sonra məlum oldu ki, tutulanların bəzilərinin üzərindən narkotik maddə tapılaraq götürülüb”, - deyə hüquq-mühafizə əməkdaşları qeyd edib.

Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş əməkdaşı, təqaüddə olan polis polkovniki Elbrus Rüstəmov Oxu.Az-a müsahibəsində bildirib ki, jurnalistlər mühafizəçilərin açıqlamasını səhv anlayıblar.

“Demək olar ki, Azərbaycanda qanuni oğru yoxdur və silahlı qruplaşmaların yaranması üçün heç bir şərt də yoxdur, çünki ölkədə kriminogen vəziyyət sabitdir. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əməliyyat vəziyyətinə nəzarət edir. Eyni şey rəhbər simalar üçün də deyilə bilər. İşlənən cinayətlərin əksəriyyəti xırda, daha çox məişət xarakterlidir. Korrupsiyaya gəlincə, Dövlət Təhlükəsizlik Xidməti rüşvətxorları və korrupsionerləri müəyyənləşdirmək üçün qarşıya qoyulan tapşırıqların öhdəsindən çox yaxşı gəlir”, - deyə E.Rüstəmov deyib.

Ukrayna, Gürcüstan və Rusiyada olduğu kimi Azərbaycanın Cinayət Məcəlləsinə “Cinayət iyerarxiyasında yüksək mövqe tutma” maddəsinin tətbiqi məsələsinə baxmağın vaxtı gəlməyibmi?

Rüstəmovun sözlərinə görə, əlbəttə ki, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məsələsini müzakirə etmək mümkündür, lakin ölkədə qanuni oğru problemi olmadığı üçün belə bir maddənin qəbuluna ehtiyac yoxdur.

Eyni zamanda, o qeyd edib ki, Rövşən Lənkəranski və Nadir Səlifovun (“Lotu Quli”) tərəfdarlarının respublikada mövcudluğunu inkar etmək olmaz, lakin onlar nəzarət altındadırlar və kriminogen vəziyyətin sabitliyi üçün ciddi təhlükə yaratmırlar.

Sonda vurğulayaq ki, ilk dəfə bir sıra sərt cinayət əleyhinə qanunların təsdiqlənməsi məsələsi 1874-cü ildə Romada qaldırılıb. Bu ilin noyabr ayında Siciliya millət vəkilləri korrupsiyada, seçkilərdə istədikləri nəticəni əldə etmək üçün quldurlardan istifadə etməkdə və hətta mafiyaya mənsub olmaqda günahlandırılıb. Hökumətin təkliflərindən birində cinayət təşkilatları ilə əlaqədə şübhəli bilinənlərin və onların siyasi dəstəkçilərinin beş ilədək məhkəmə və istintaq olmadan həbs cəzası ilə üzləşəcəkləri bildirilib.

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}