Son dəqiqə
Kriminal
18-09-2020, 09:47
833
Xaçmaz sakini qayınana və qaynatasını güllələdi
Xaçmazın Ləcət kəndində dəhşətli qətl hadisəsi baş verib.
Məlumata görə, kənd sakini Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınatası və qayınanasını güllələyib.
Aldığı xəsarətdən qayınanası Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, qayınatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araştırma aparılır.
XeberTv.info