Son dəqiqə
22-09-2020, 11:05
659

Terror təşkilatını maliyyələşdirmə ittihamı ilə həbs edilən şəxsin atası danışdı

Terror təşkilatını maliyyələşdirmə ittihamı ilə həbs edilən şəxsin atası danışdı


Məqsədi köhnə dostuna borc pul göndərmək olduğunu deyən Sabirabad sakini Cavid Əmənov sonradan terror təşkilatını maliyyələşdirmək ittihamı ilə həbs edilib.

XeberTv.info-nun məlumatına görə, “Qafqazinfo”ya müraciət edən C.Əmənovun atası Fazil Əmənov iddia edir ki, hazırda nə oğlunun pul göndərdiyi şəxs ortadadır, nə də Cavidlə birgə tutulanlar onu tanımır.

40 ildir pedoqoji fəaliyyətlə məşğul olduğunu deyən ata həm də oğlu Cavidin müəllimi olub: “Cavid mənim tərbiyəmi götürüb, hərbi xidmət 1 il yarım olduğu halda, o, 3 il xidmət edib. Daim onun ətrafından mənə razılıq olunub. Cavidə verilən maddələr ona aid deyil. O, düzdür ki, pul göndərib, amma xəstə bir uşaq üçün göndərib. Cavidin başqa bir məqsədi olmayıb. O, heç vaxt vətənə, xalqa xəyanət etməyib. Cavidin ağlına belə gəlməzdi ki, Suriyaya gedib orada kiməsə kömək etsin. O maddələr oğluma yaraşmır. Cavidin terrorla, terror təşkilatı ilə heç bir əlaqəsi olmayıb. Cavidin pul göndərdiyi Xəyal onunla əvvəllər birgə işləyib. Həmin adam bəzən ailəvi bizim evimizdə də qalıb. Azərbaycandan gedəndən sonra Cavidə deyib ki, iş tapa bilmirəm, mənə kömək elə. Cavid də yeganə dostu kimi uşağının müalicəsi üçün ona pul göndərib. İndi də bilmir ki, Xəyal haradadır və nə işlə məşğuldur. Onunla birgə tutulan adamları isə əvvəldən ümumiyyətlə tanımayıb, heç bir əlaqəsi olmayıb. Onlar da oğlumu tanımadıqlarını deyirlər. Xahiş edirəm ki, Cavidi ailəsinə, balalarına, onu öz evinin bağlanmış qapısını açmağa göndərsinlər, azadlığını özünə qaytarsınlar”.

C.Əmənovun anası Reyhan Əmənova da deyir ki, oğlunun Xəyal adlı dostuna borcu olub, uşağı xəstə olanda Caviddən pul istəyib, o da az miqdarda pul göndərib: “Həmin vaxt da Xəyalın harada olduğunu bilməyib. Xəyal deyib ki, Türkiyədədir, borcu da onda istəyib. Cavidi qoca anasının göz yaşlarına bağışlasınlar, oğlum terrorçu deyil. 5 oğlum var, hamısı hərbi xidmət keçib, hamısı vətənpərvərdirlər”.

Cavid Əmənov özü istintaqa ifadəsində bildirib ki, 2010-cu ildən “əhli-sünnə” təriqətinə uyğun ibadətlə məşğul olub, 2013-cü ildə Ramazan ayında 10 gün Şirvan şəhərində yerləşən məsciddə qalıb: “Həmin vaxt orada “Əbu Adəm” dini ləqəbli Xəyal Nuriyevlə tanış oldum, yaxşı münasibətimiz yarandı. Xəyal dedi ki, hərbçi olub, amma dini ibadətlə məşğul olduğu üçün xidmətdən tərxis olunub, onun üçün iş tapmağımı məndən xahiş etdi. Mən ona mənimlə birgə alver etməsini təklif etdim, o da razılaşdı. İki il sonra alver yaxşı getmədi, Xəyal Dağıstana, sonra da Türkiyəyə gedib fəhləlik edirdi. 2017-ci ildə Xəyal mənə mesaj yazdı, hal-əhval tutduq. Sonra “Teleqram” üzərindən danışıqları davam etdirdik. Bir il sonra Xəyal mesaj yazıb dolanışığının çətin olduğunu deyərək 500 dollar borc istədi. “Binə” bazarında onun dediyi adamla görüşüb pulu həmin şəxsə verdim. Bir neçə gün sonra isə Xəyal mesaj yazaraq qızının sarılıq xəstəliyinə tutulduğunu və yaxında övladının dünyaya gələcəyini deyərək pula ehtiyacı olduğunu dedi, 600-700 dollar borc istədi. Mən isə o qədər pulum olmadığını dedim, 300 dollar və 340 manat pul düzəldib Xəyalın dediyi adama verdim”.

C.Əmənovun evində axtarış zamanı Xəyal Nuriyevin ona göndərdiyi notbuk, telefon və dini mövzuda mesajlaşmaları aşkarlanıb. C.Əmənov ifadəsində “İŞİD”ə qarşı şübhələri olduğunu, amma bunu biruzə vermədiyini deyib. O bildirib ki, Xəyal Nuriyevlə də heç vaxt “İŞİD” haqda müzakirələr aparmayıb.

Cinayət işi ilə bağlı istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sentyabrın 8-də hakim Səbuhi Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi vəsatət verərək bildirib ki, istintaq kobud pozuntularla aparıldığı üçün iş yenidən prokurorluğa qaytarılsın. Təqsirləndirilənlərin dəmir barmaqlıqlı qəfəsdən çıxarılaraq şüşə otaqda saxlanılması haqda vəsatət qaldırılıb. Məhkəmə vəsatətləri təmin etməyib. Baxış iclası sentyabrın 22-də davam etdiriləcək.

Digər xəbərlər

Zığda fəhlələrin üzərinə metal konstruksiya çökdü
Memarlıq və İnşaat Universitetində ŞÜBHƏLİ SEÇKİ MEYARLARI...
Avtomobillər buna görə yanır -
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
BAKI sakinlərinə vacib xəbər var! - İcra başçısı AÇIQLADI
TRT-də Azərbaycanın qələbəsinə həsr olunmuş konsert nümayiş etdiriləcək
Ərəb Basem Darviş Fəhmi oğlunun Azərbaycandakı cinayət əməlləri... -
Anna Başta Tokio olimpiadasına lisenziya qazandı
Məşhur aktyor intihar etdi - FOTO
XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır
Əli Əhmədovun dəbdəbəli bağ evi: Əli Həsənov bura tez-tez gəlirmiş - FOTO
Kirayədə qalan vətəndaşlara dövlət yardım edə bilərmi? (RƏYLƏR)
Qəbələdə insident baş verib - VIDEO
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəfat edib
Taekvondoçumuz Avropada medal qazandı
Bir sinifdən 6 şagird 600-dən çox bal topladı - Foto
Qarabağda qumarxana?.. -
Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-ın etirazlara səbəb olan QİYMƏT SİYASƏTİ
Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir
“BakuBus”ın avtobuslarından kobud qayda pozuntusu - FOTO
“Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək
“Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar” - FOTO
Düşmən canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verir - VİDEO
Paytaxt üzrə koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - FOTO
Erməni şahmatçı: "Paşinyanın ləyaqəti olsaydı o, bu faciədən sonra intihar edərdi"
İlham Əliyevdən qalibiyyət paylaşımı: "Madagiz bizimdir"
Ölmüş alim hələ də AMEA-da “işləyir” - FOTOFAKT
Sahil Babayevin 90 min təqaüdçünü, 7 min əlili “vuran” QƏRARI: - “Bu cür ucdantutma qərarın verilməsi...”
Sahli Babayevin kadrından Səlim Müslümovla bağlı ŞOK TƏKLİF...
200 min işsizə aprel və may aylarında 190 manat birdəfəlik ödəmə veriləcək
{sape_links}{sape_article}