Son dəqiqə
23-09-2020, 15:19
602

Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı qərar verdi

Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı qərar verdi


Ayrı-ayrı vətəndaşlara iki milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub.

XeberTv.info Yenisabah.az-a istinadən məlumat verir ki, keçmiş deputatın borclu olduğu şəxslərdən biri – Təranə Fətəliyeva Ali Məhkəmədən də qalib çıxıb. Məlumat üçün deyək ki, Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Bundan başqa, keçmiş deputatın Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar, Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Təranə Fətəliyeva və daxil adıçəkilən vətəndaşlar həm də Baş Prokuroluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əldə etdiyimiz məlumata görə, artıq Rafael Cəbrayılovun borclu olduğu şəxslərin ifadələri alınıb.

Başqa bir məlumatda deyilir ki, cinayət işi başlandıqdan sonra Rafael Cəbrayılov əmlakılarını satışa çıxarıb. Ehtimal edilir ki, həbs təhlükəsi ilə üzləşdiyini görən keçmiş deputat nəhayət borclarını qaytarmaq istəyir. Amma bunu Rafael Cəbrayılovun vaxt udmaq cəhdi kimi dəyərləndirənlər də var. Çünki bundan əvvəl də keçmiş deputat borclulara əmlakını satışa çıxardığını bildirmişdi.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd edilir ki, keçmiş deputata bütün məhkəmə instansiyalarında qalib gələn borc sahibləri onun əmlakına həbs qoyulması məsələsini qaldıra bilərlər.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Hadisə ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}