Son dəqiqə
Ölkə
23-09-2020, 23:38
815
Bərdədə qadın əməliyyat masasında öldü
Bərdədə 28 yaşlı qadın əməliyyat zamanı ölüb.
Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Ayşən Valeh qızı Bərdə rayon Mərkəzi Xəstəxanasında cərrah Asəf Fərzəliyev tərəfindən kista əməliyatı olunub.
Ancaq qadının vəziyyəti qəfildən ağırlaşıb və o, bir neçə dəqiqə sonra vəfat edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
XeberTv.info