Son dəqiqə
26-09-2020, 18:12
709

Lindsi Snelldən Azərbaycana qarşı növbəti təxribat

Lindsi Snelldən Azərbaycana qarşı növbəti təxribat


ABŞ-ın Florida ştatından olan və bir müddət İstanbulda yaşayan muzdlu jurnalist Lindsi Snell özünün Twitter bloqunda Azərbaycana qarşı daha bir informasiya diversiyasına əl atıb. Bundan əvvəl Suriyanın şimalından “Həmzə” diviziyasının muzdlularının “Türkiyə üzərindən Azərbaycana daşındığı” barədə ermənilərin geniş tirajladığı dezinformasiyanın mənbəyi olan Lindsi Snell bu dəfə daha da irəli gedib.

Suriyanın şimalında frilanser kimi fəaliyyət göstərən Lindsi Snell “Azərbaycan göndərilmiş muzdlulardan birinin” səs yazısını yayıb.

Xatırladaq ki, lindsi Snell 2016-cı ildə Suriyanın şimalında “Əl-Qaidə”çilər tərəfindən oğurlanıb. İki ay hansısa zirzəmidə qaldıqdan sonra qeyri-leqal yolla Türkiyəyə keçərkən casus olub-olmadığını araşdırmaq üçün saxlanılıb.

Həmin səs yazısında iddia edilir ki, muzdlulara əvvəlcə Türkiyənin Ermənistanla sərhədindəki hansısa bazada yerləşdiriləcəklərini deyiblər. Amma sonda onları “Azərbaycanla Ermənistan sərhədindəki hansısa mövqelərə atıblar”. Və burada onlar indi Azərbaycan qoşunları ilə təklikdə qalıblar.

Həmin “suriyalı muzdlu” bildirir ki, onlar Azərbaycanda şiələrin yaşadığını öyrəniblər və indi şiələrin tərəfində döyüşmək istəmirlər. Daha sonra həmin “muzdlu” iddia edir ki, onları bölgəyə yerləşdirəndən bəri müntəzəm olaraq atışmalar baş verir. Belə atışmalardan birində, “4-5 saat ərzində onların 40 nəfərlik dəstəsindən 30-u ölüb, qalanları yaralanıb”.

Bu dezinformasiyanı özünün Türkiyə əleyhinə mövqeyi ilə bilinən amerikalı muzdlu jurnalistə ötürənlər ilk baxışdan pis işləməyiblər-axı ortada “sübut”, yəni səs yazısı var. Və həmin səs yazısını göndərən muzdlu Azərbaycanda olduqlarını, hətta Ermənistan ordusu ilə döyüşə girib ciddi itki verdiklərini deyir.

Lakin bu informasiya diversantları primitiv səhvlərə də yol veriblər. Əvvəla Azərbaycan əhalisinin əksəriyyətinin şiələr olduğunu radikal dini ideyalar uğrunda döyüşən suriyalı muzdlular arasında bilməyən yoxdur. Amma həmin “muzdlu” bundan guya indi xəbər tutub və sünnü olduğu üçün şiələrlə bir arada döyüşməkdən məmnun deyil.

Digər primitiv səhv budur ki, Azərbaycan-Ermənistan sərhədində və ümumiyyətlə, təmas xəttində son vaxtlar tərəflərdən birinin “30-dan çox itki verdiyi” ağır döyüşlər baş verməyib. Belə döyüşlərin baş verməsi və gizlədilməsi sadəcə olaraq mümkün deyil. Digər tərəfdən cəmi 4-5 saata bütünlüklə sıradan çıxan muzdlular kimə gərəkdir ki? Kim belə fərsiz muzdluları cəlb edib onlara pul ödəyər? Ən azından Azərbaycan ordusunun belə muzdlulara ehtiyac duymadığı dəqiqdir.

Maraqlıdır ki, Lindsi Snellin dezinformasiyanı ilk dəfə tirajlayan Rusiyada “Kremlin aşbazı” kimi tanınan və “Vagner” özəl hərbi şirkətinin sponsoru olan oliqarx Yevgeni Priqojinə bağlı “Federal Xəbər Agentliyi” dir (riafan.ru). Və bir sıra rusdilli telegram-kanallar da həmin dezinformasiyanı tirajlayır.

Bundan əvvəl isə həmin mənbə guya yaralanıb hospitala düşən hansısa muzdlunun videosunu təqdim edib. Həmin muzdlu suriyalı döyüşçüləri “Azərbaycana getməməyə” çağırır. Başqa sözlə, Azərbaycana qarşı “muzdlu terrorçular” mövzusunda informasiya məkanında davam etməkdə olan diversiyalar çoxşaxəlidir və ermənilərin bu işdə peşəkar müttəfiqlərinin izi görünür.(virtualaz.org)

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}