Son dəqiqə
26-09-2020, 21:39
1 293

Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…

Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…


Quli Bakinski ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun avqustun 19-da öldürülməsindən sonra gözlənildiyi kimi, klana rəhbərlik onun qardaşına keçib. Namiq Səlifovun klana rəhbərlikdən sonra kriminal aləmdə öz sözünü deyəcəyi gözlənilən həmlə idi. Çünki illərdir ki, Namiq Bakinski kimi tanınan “qanuni oğru” Namiq Səlifov qardaşının öldürülməsindən sonra “boy göstərməli”idi.

Əvvala, ona görə ki, Qulinin yerdə qalmış qanı var və bu intiqamı almaq Namiq Səlifovun üzərindədir. İkincisi, Qulinin qəfil öldürülməsi onun biznes imperiyasını bölüşdürmək istəyənləri həvəsləndirib. Hətta onların sırasında Quliyə düşmən olanlar da var. Nəhayət, ölümündən əvvəl kriminal aləmdə çox sərt mövqe tutmuş Qulidən sonra klanın hansı mövqe sərgiləcəyi də maraq doğurur. Çünki kriminal aləmdəki dəngələri Qulidən də yaxşı mənimsəmiş Namiq Bakinskinin sərt xətt tərəfdarı olmadığı deyilirdi. Amma bu sırada əlbəttə ki, Qulinin düşmənləri yoxdur və klanın lideri də bu məsələdə barışıq olmayacağı mesajını artıq verib.

Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…


Quli və onun klanının əsas rəqiblərindən olan azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (Albert Rıjıy) titilundan məhrum edilməsi barədə bugünlərdə yayılmış “proqon” da məhz bu cür qiymətləndirilməlidir. Qeyd edək ki, Namiq Bakinski və rəhbərlik etdiyi qurplaşmaya daxil olan “qanuni oğru”ların imzaladağı “proqon”da qeyd edilir ki, Albert Rıjıy özünü “qanuni oğru” kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin adamıdır.

Albert bu il iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən heç kimin gözləmədiyi halda UDO (условно-досрочном освобождении-vaxtından əvvəl) ilə azadlığa buraxılıb. Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam etdi. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. Albert Rıjıy ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. Quli və Albert vaxtilə Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adı hallanıb. Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Qulinin qohumun sifarişi ilə guya Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub, amma bu sui-qəsd təsadüf nəticəsində baş tutmayıb. Sui-qəsdin sifarişçisi kimi Qulinin adının hallandırılması o zaman geniş müzakirəyə səbəb oldu. İddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü Rusiyadakı polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…


Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəldi. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.

Quli həbsdən çıxdıqdan sonra “söhbətə” yenidən qayıtdı. 2018-ci ilin martında Quli Moskvada yerləşən “Medvedkovo” həbsxanasıında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun “qanuni oğru” adını əlindən aldığını bildirib. Quli Albert Rıjıya deyibmiş ki, o, həbsxanada “qanuni oğru” adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu “qanuni oğru”ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin “qanuni oğru” adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Ancaq Albert həbsxanada “qanuni oğru” kimi tanındı və bu məsələdə Piterli “qanuni oğru”lar ona dəstək vediyi deyilirdi.

Qulinin qətlindən sonra Sankt-Peterburqdakı “Sofiya” topdansatış bazasına Albert Rıjiyın nəzarət edəcəyi barədə də xəbərlər vardı. Mümkündür ki, məhz bu xəbərlərin fonunda onun “qanuni oğru” olmadığı barədə “proqon” yayılıb.

Azərbaycanlı “qanuni oğru”lar yenə savaşır: Quli klanının gəncəli “oğru” ilə düşmənçiliyinin səbəbi…


Namiq Səlifov da 2014-cü ildə Alber Rıjiyı və ona yaxın adamlarla silahlı münaqişəyə girmişdi. Albert Edirnəyə Rövşən Lənkəranskinin “qanuni oğru” adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Edirnədə Namiq və yanındakılar Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı olduğu müəyyənləşib. “Qanuni oğru”nun mühafizəsinin polis əməkdaşı çıxması yenidən Albertin adı üzərinə kölgə gətirib. Məlum proqonu yada salsaq, göründüyü kimi, “o kölgə” hələ də Albertin üzərindədir.

XeberTv.info

Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}