Son dəqiqə
Siyasət
10-10-2020, 06:44
777
Rusiya XİN rəhbəri: “Bakı və İrəvan substantiv danışıqlara başladı”
Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb.
Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.
XeberTv.info