Son dəqiqə
Manset
24-10-2020, 17:49
677
Erməni əsgər və könüllülərə təslim olmaq çağırışı edildi
Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edib.
Məlumatda deyilir ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.
XeberTv.info