Son dəqiqə
Dünya
27-10-2020, 14:09
926
Pakistanda İslam məktəbində partlayış: Çox sayda ölənlər və yaralananlar var
Pakistanın Pişəvər şəhərində seminariyada səhər saatlarında baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
İlkin ehtimallara görə, partlayış əldəqayırma bomba ilə həyata keçirilib. Belə ki, “Quran” dərsi zamanı seminariyaya içərisində partlayıcı olan çanta gətirilib.
Hələlik heç bir qrup partlayışla əlaqədar məsuliyyəti öz üzərinə götürməyib.
XeberTv.info