Son dəqiqə
Dünya
30-10-2020, 20:36
1 398
Koçaryan koronavirusa yoluxdu, Moskva səfəri təxirə düşdü
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.
XeberTv.info-nun “Sputnik Armeniya"ya istinadən məlumatına görə, R.Koçaryan özünütəcridə yollandığı üçün onun Moskva səfəri təxirə düşüb.
Qeyd edək ki, R.Koçaryan Rusiya elitası ilə Qarabağ məsələsini müzakirə üçün Moskvaya səfər etməyi planlaşdırırdı.