Son dəqiqə
31-12-2020, 18:16
7 005

Eks-deputata qarşı 230 minlik dələduzluq - “Müstəntiq uğursuz biznesdir deyir”

Eks-deputata qarşı 230 minlik dələduzluq - “Müstəntiq uğursuz biznesdir deyir”


“Məndən 230 min manat alaraq qaytarmayan keçmiş məhbusla bağlı hüquq-mühafizə orqanları cinayət işi açmır. Onlar buna sadəcə “uğursuz biznes” adı verirlər”.

XeberTv.info bildirir ki, bununla bağlı “Qafqazinfo”ya Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramov müraciət edib.

Hazırda iş adamı kimi fəaliyyət göstərən Bayramovun iddiasına görə, tanışı Habil Əliyev vasitəsilə tanıdığı Bağırov Elçin Səməd oğlu armatur biznesi üçün ondan 230 min manat alıb. Razılaşmaya görə, E.Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb qazancı hər ay N.Bayramovla böləcəkmiş.

E.Bağırov bir dəfə N.Bayramovu iki yarımtikili binanın qarşısına gətirərək armaturları bu şirkətə satacağını deyib. Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı Nəsrulla Bayramova çatdırmayıb və bir neçə bəhanə gətirərək əlavə vaxt qazanıb. Daha sonra N.Bayramov həmin binaları tikən şirkətlə görüşüb, onlar ümumiyyətlə Elçin Bağırovu tanımadıqlarını deyiblər.

Prokurorluğa şikayət edən Nəsrulla Bayramov tanışı Elçin Bağırovun barəsində başqa bir cinayət işi olduğunu da öyrənib. Bundan başqa, E. Bağırov daha əvvəl də dələduzluğa görə məhkum edilib. ittihama görə, o, həmin zaman deputatlardan birinin qardaşını aldadıbmış.

Nəsrulla Bayramovun prokurorluğa müraciəti Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlanmayıb, Nəsrulla Bayramov isə zərərçəkmiş kimi tanınmayıb.

Müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir. Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınması mümkün olmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib.

Nəsrulla Bayramov isə pulu şəxsən özü tərəfindən Elçin Bağırova verdiyini sübut edən faktları müstəntiqə təqdim etdiyini deyir:

“Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında dəfələrlə pulu məndən aldığını etiraf edir. Mənə “dayı” deyərək müraciət edir və səs yazıları da buradadır. Hətta borcumun qarşılığında mənə mənzil də təklif edir. Elçin Bağırov ev alqı-satqısı ilə məşğuldur. Elə bu işdə də bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Elçinin məndən pul aldığını təsdiq edən əlyazması da var. Bunu da müstəntiqə təqdim etmişik. Elçin yalandan dedi ki, guya əlyazmanı Habil Əliyev ona təzyiqlə yazdırıb. Amma ekspertiza bunu təkzib etdi.

Mən indi başa düşə bilmirəm ki, dəfələrlə dələduzluq etmiş, hazırda üzərində sınaq müddəti qoyulmuş bir şəxs mənim 230 min manatımı ələ keçirdiyi halda, bunu necə “uğursuz buznes” adlandırmaq olar?

230 min manatın böyük hissəsini başqa şəxslərdən almışam. Onlar da məndən pulunu istəyir. Mən də onlara deyim ki, bu, uğursuz bines olduğu üçün pullarınız “batdı”? Onda hamı kimdənsə pul alsın, desin ki, uğursuz biznesdir?

Baş Prokurora, Bakı şəhər prokuroruna müaraciət etmişəm. İstintaq obyektiv şəkildə aparılmır və mən Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilovdan və Yasamal rayon prokurorluğundan şikayətçiyəm. Müstəntiq Pünhan Əbilov isə sadəcə Yasamal rayon prokurorluğu və istintaq şöbəsinin rəisinin göstərişlərinə əməl etdiyini deyir. Mən Elçin Bağırova pulu Binəqədi rayonu ərazisində vermişəm. Buna görə də işin istintaqı Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir”.

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}