Son dəqiqə
15-11-2020, 06:32
5 867

Bu gün Kəlbəcər rayonu işğaldan azad olunur

Bu gün Kəlbəcər rayonu işğaldan azad olunur


Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonu bu gün Azərbaycanın tam nəzarətinə keçir.

Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən bu sənədin imzalanmasına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, 4 qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunması səbəb oldu.

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub.

Azərbaycan, Rusiya və Ermənistan başçılarının imzaladığı bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu, 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Ermənistanın işğalçı qüvvələrindən azad olunacaq.

XeberTv.info

Digər xəbərlər

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur
Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO
Xacmazda qanlı cinayət — QAYIN YEZNƏSİNİ GÜLLƏLƏDİ
Təcili yardım çağırışlarının gecikməsinin səbəbləri açıqlandı
Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Eurohome” yanır
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR...
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
Azərbaycanda fəhlə ölümcül xəsarət aldı
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Semaşko”da müayinə aparatı işləmir
Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub”
Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Füzulidə iki azərbaycanlı minaya düşdü
DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB
Yoluxanların sayı açıqlandı
Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı
Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
SON DƏQİQƏ! Elmar Məmmədyarov istefa verdi
Türkiyə hərbçiləri Naxçıvanda
Pelenin vəziyyəti yenidən pisləşib
Bakıda "Bazarstore" mağazasında güclü YANĞIN - VİDEO
Şəkinin giriş-çıxışına polis postu quruldu
{sape_links}{sape_article}