Son dəqiqə
17-11-2020, 16:44
5 896

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir

Mövsümü gəlsə də, Bakıda binalara istilik verilmir


Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sistemi işə salınmalı olsa da, hələ də Bakının bəzi ərazilərində yerləşən binalara istilik verilməyib. Hava şəraitinin kifayət qədər soyuq keçməsini, bir tərəfdən də müxtəlif respirator infeksiyaların artdığını nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır.

Artıq Bakı sakinləri istilik problemi ilə əlaqədar kütləvi şəkildə “Azəristiliktəchizat” ASC-nin qapısını döyməyə başlayıblar. Əlləri hər yerdən üzülən insanlar qurumun qeyri-aktiv olan feysbuk hesabında ümid axtarırlar.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yaşayan Almaz Yusifli hələ də istiliyin verilmədiyindən şikayətçidir:

“Elxan Həsənov küçəsində hələ də qazanxana işə salınmayıb. Qış qapıdadır, bu soyuqda bina evində necə isinək? Onsuz da, karantin insanları çətin vəziyyətə salıb, bir tərəfdən də bu dərd…”, - deyə sakin gileylənib.

Binəqədi sakini Elnarə Abdullayeva da Biləcəri qəsəbəsinə istiliyin verilmədiyini bildirib. Onun sözlərinə görə, şikayətlə bağlı nə “Çağrı mərkəzi”nə, nə də əlaqə nömrələrinə düşmək mümkün deyil.

Sakinlərin şikayətlərindən aydın olur ki, paytaxtın əksər rayonları eyni vəziyyətdədir. Xüsusən, Binəqədi, Yasamal, Nizami, Nərimanov, Suraxanı rayonlarından istiliklə bağlı xeyli sayda şikayət var.

Yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə gün ərzində əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik. Həmçinin qurumun rayonlar üzrə İstilik Sistemləri İstismar Sahələrinin əlaqə nömrələri də ya işləmirdi, ya da telefonlara cavab vermirdi.

Xatırladaq ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. Binalara istilik abunə haqqı əsasında verilir. İstiliyin verilib-verilməməsindən asılı olmayaraq, 15 noyabr-15 aprel tarixləri üçün ödəniş toplanır.(qafqazinfo)

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}