Son dəqiqə
18-11-2020, 11:00
9 286

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti gündəlik yeni-yeni uğurlara nail olur

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti gündəlik yeni-yeni uğurlara nail olur


Haqqında bəhs etdiyimiz, hansı ki, xarakterik xüsusiyyətinin bir çox göstəriciləri, həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksər vəzifə sahiblərindən fərqlənən və hal-hazırda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsini daşıyan Rafael Mehrəliyev, bu gün əsl xalq məhəbbətini qazanmış vəzifə sahibidir. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi tam əksəriyyət tərəfindən qəbul olunub, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Departament rəisi vəzifəsini daşıyan Rafael Mehrəliyev, bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxarıb. Adı çəkilən bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Rafael müəllim özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı və s. özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.

O da hər kəsə bəllidir ki, Rafael Mehrəliyev yaradıcı və qurucu vəzifə sahibidir, mehribançılığı sevən bir şəxsdir. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun zaman-zaman kamil bir şəxs olaraq formalaşmasına təsir edən başlıca səbəblər olur. Bu gün Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Rafael Mehrəliyev, hal-hazırda elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirən vəzifə sahibidir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Rafael Mehrəliyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Onu da unutmaq olmaz ki, hələ bir neçə ay bundan əvvəldən başlayaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti qışın soyuq günlərində bir kimsənin hansısa problemlə üz-üzə qalmaması üçün, vaxtında qabaqlayıcı tədbirlərini görüb. Görülmüş tədbirlər bu gün də öz nəticəsini verməkdədir. Tam əminliklə qeyd edə bilərik ki, Rəfail Mehralıyevin rəhbərlik etdiyi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və tabeliyində olan qurumlar, məhz onlara aid olan vəzifələrinin öhdəsindən bacarıqla gəliblər. Hələ öncədən qurumun işini kənardan müşahidə edərkən aydın olurdu ki, departamentin rəisi Rafael Mehrəliyev və onun tabeçiliyində çalışan əməkdaşlar qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəklər. Bu gün isə artıq tam səmimi şəkildə deyə bilərik ki, paytaxt sakinləri heç də gözləntilərində yanılmayıblar.

Məlum olduğu kimi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əsas fəaliyyəti əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin olunması, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi, qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaların icrasından ibarətdir. Əlbəttə ki, belə bir işlərin öhdəsindən yüksək səviyyədə gələ bilmək üçün, bu qurum təcrübəli və səriştəli şəxs tərəfindən idarə olunmalıdır. Məhz, bu baxımdan da qeyd edə bilərik ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevin fəaliyyəti, məhz bu gün hər kəsin nəzər-diqqətini cəlb etməkdədir.

Bugünkü günə gəldikdə isə, bir daha onu vurğulaya bilərik ki, Rəfail Mehralıyevin rəhbərlik etdiyi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərində də yaxından iştirak edir. Yəni, tam dəqiq və müfəssəl məlumatlara malikik ki, Departament rəhbəri son vaxtlar keçirdiyi bütün tədbirlərdə tabeçiliyində olan hər kəsə, məhz Operativ Qərərgahın bu yöndə vermiş olduğu qərarlara ən yüksək səviyyədə əməl etməyi, şəhər sakinləri arasında müəyyən maarifləndirmə təbliğati işlər aparmalarını tapşırır. Bəli, bu yöndə verilmiş tapşırıqların ən yüksək səviyyədə icra olunmasının hər kəs şahidi ola bilər. Çünki, Mənzil-Kommunal Təsərrüfatı Departamenti əməkdaşları koronovirus infeksiyasından qorunmaq üçün, sakinlərə sosial məsafə saxlamalarını, maska taxmalarını, digər qoruyucu vasitələrdən istifadə etmələrini, ən əsası ciddi şəkildə gigiyena qaydalarına əməl etmələrini və s. kimi addımları atmalarını daim təbliğ edirlər. Sözsüz ki, bu yöndə atılan addımlar, artıq öz nəticəsini verməkdədir.

Əslində Rəfail Mehralıyevin rəhbərlik etdiyi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən belə bir addımların atılması, birbaşa cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə verdiyi tapşırıqların uğurla nəticələnməsinə göstərilən dəstəkdir. O halın varlığını da qeyd edək ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında ölkəmizin bütün ərazisində koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, çox yaxın vaxtlarda xalqımızı belə bir bəladan az itki ilə xilas olmasına imkan yaradacaq. Tarix bir daha sübut edir ki, güclü və müdrik liderin varlığı hər bir xalq, hər bir dövlət üçün olduqca mühüm əhəmiyyət kəsb edən şərtdir. Biz bunu bu gün müstəqil Azərbaycan Respublikasının timsalında görürük. 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı düşdüyü fəlakətdən xilas etməyi bacardısa, deməli möhtərəm Prezidentimiz İlham Əliyev də, məhz Azərbaycan dövlətini və xalqını üz-üzə qaldığı bəlalardan birdəfəlik xilas edəcək.


Rafael Şekixanov

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}