Son dəqiqə
Dünya
18-11-2020, 21:16
5 350
Arutyunyanın Xankəndidəki mağazası yandırıldı
Ermənistanda etirazlar mitinq formasında aparılırsa, Xankəndidə cinayətkar rejimə qarşı yerli ermənilər başqa yolla etiraz edirlər.
Bu barədə XeberTv.info "Qrapark"a istinadən məlumat yayıb.
Bildirilir ki, bu günlərdə Hadrut sakini Araik Arutyunyana məxsus olan mağazanın şüşələrini sındırıb, benzin töküb yandırıb. Sonra da mərkəzi meydana gələrək Arutyunyanın ünvanına söyüşlər yağdırıb.
"Qrapark" qəzeti yazır ki, Qarabağ erməniləri nə baş verdiyini analdıqca hakimiyyətdən qisas almaq istəyirlər.