Son dəqiqə
6-12-2020, 21:42
4 439

Nikolay Petrosyan: "Əgər Ermənistanda hakimiyyətə Vazgen Manukyan gəlsə…"

Nikolay Petrosyan: "Əgər Ermənistanda hakimiyyətə Vazgen Manukyan gəlsə…"


74 yaşlı siyasət üçün Vazgen Manukyan əla formadadır. Müxalifətin mitinqində o, rəhbərlik etməyə çalışdığı müvəqqəti hökumətin fikir verməli olduğu proqram haqda mühüm tezisləri qeyd etdi.

XeberTv.info yerli KİV-ə istinadən bildirir ki, bunu erməni politoloq Nikolay Petrosyan teleqram-kanalında yazıb.

Ekspert Ermənistan müxalifətinin təklif etdiyi proqramdan əsas məqamları qeyd edib:

"Biz üçtərəfli bəyanatla heç vaxt barışmayacağıq, lakin onun yerinə yetirilməsindən imtina edə bilmərik"; "Tərtib olunmuş bəyanatı dəqiqləşdirmək və hər bəndin ermənipərəst yozumu üçün mübarizə aparmaq lazımdır"; "Ermənistan beynəlxalq antitürk koalisiyasına daxil olmağa çalışmalıdır".

"Təəssüf ki, müxalifətin mitinqi ilə bağlı müsbət təəssüratlar bununla bitir. Qalan hər şey tam məyusluq doğurur. Vazgen Manukyan Rusiya ilə müttəfiqlik əlaqələrinin möhkəmləndiyini, antitürk koalisiyasına daxil olmağa çalışdığını bəyan edir, halbuki bu, əslində bir-birini inkar edən hərəkətlərdir. Təəssüf ki, bu, müxalif namizəd üçün aydın deyil. Yenə təəssüf ki, Vazgen Manukyan hökumətə namizədlərin adlarını çəkməyib və Ermənistanın çoxsaylı problemlərinin necə həll ediləcəyinə dair fikirlərini açıqlamayıb. Nikol Paşinyanın, mahiyyətinə görə boş olan "yol xəritəsi" müxalifətin deklarativ bəyanatlarından daha məzmunlu sənəd kimi görünür", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, mitinqdə qalan hər şey daha pis idi.

"Paşinyana fiziki divan tutulması, korrupsiya ilə bağlı əsassız iddialar, həyət şpanası səviyyəsində təhqirlər, əgər spikerlərə inansaq, 2018-ci ilə qədər etalon razılıq və anlaşma şəraitində yaşamış cəmiyyətin parçalanması ittihamları... Bununla yanaşı, konkretlilik sıfır səviyyəsindədir. Olan yalnız dünya birliyinin hörmətini qazanacaq və Rusiya ilə daha sıx dostluq edəcək güclü Ermənistanın qurulması barədə adi danışıqlardır. Nəticə məyusedicidir: Paşinyan istefa verməlidir, amma əvəzinə Manukyan gəlsə, Ermənistanda... köhnə hamam, köhnə tas olacaq. Güman edirəm ki, intellektual elitanın nümayəndələrinin iştirakı ilə hüquqi sahədə geniş siyasi və ictimai müzakirələrə ehtiyac var. Kütlənin dəyişən əhval-ruhiyyəsinə güvənmək yetər”, - deyə o vurğulayıb.

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}