Son dəqiqə
Dünya
20-12-2020, 12:49
6 034
Maska taxmadığı üçün prezident 3,5 min dollar cərimələndi
Çili prezidenti Sebastyan Pinera ictimai yerdə qoruyucu maskadan istifadə rejiminin pozulmasına görə 2,5 milyon peso (təxminən 3,5 min ABŞ dolları) məbləğində cərimə edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi tvitterdəki səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Çili prezidentinin çimərlikdə maskasız şəkildə yad qızla şəkil çəkdirməsi ölkədə böyük qalmaqala səbəb olmuş, bu səbəbdən bəzi insanlar ölkə rəhbərinin cəzalandırılması tələb etmişdi.
Onu da qeyd edək ki, Çilidə bu günədək koronavirusa 581,135 yoluxma halı qeydə alınıb, virusa yoluxmuş 16,051 pasiyent isə vəfat edib.
XeberTv.info