Son dəqiqə
22-12-2020, 10:16
6 661

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ


“Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlət tərəfindən ayrılmış limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.

XeberTv.info bildirir ki, hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir.

Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən 6 005 ailə üzrə yaranan 5 696 937 manat həcmində borc da daxildir.

Digər borclu abonentlərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.

Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 708,86 manat borc yaranıb.

Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir.

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də, Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub.

Eyni zamanda, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.

Digər xəbərlər

Ukrayna ABŞ-dan milyardlarla dollar iqtisadi yardım istədi
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi açıldı
Müəllimlərin attestasiyası haqqında layihə birinci oxunuşda qəbul olundu
Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb
Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi
Vəfat etmiş şəxsə QR kodlu məzar daşı QOYULDU – Bu, islamda QADAĞANDIR?
"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi
Meyxanaçı Samirə pulsuzluqdan taksi sürməyə başladı
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Ermənilərin Gəncəyə bu gün atdığı raket 3 nəfəri yaraladı
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO
Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu - FOTOFAKT
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
“Barselona” iki məşhur futbolçusunu sata bilər
Daha 2 məktəb distant tədrisə keçdi
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Martda neçə gün evdə olacağıq?
Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır...
Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”
"Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa, razılıq verməliyik, çünki…"
Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, saxlanılanlar var - FOTOLAR
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
KİV: Azərbaycan Qran-prisi ləğv olundu
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Akademik Zərifə Əliyevanın anım GÜNÜDÜR
Hikmət Hacıyev: “Atəşkəs sülh deyil və heç bir zaman ola bilməz”
Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi
Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür
{sape_links}{sape_article}