Son dəqiqə
23-12-2020, 08:29
6 766

Zəngəzur və Qafan Azərbaycana qaytarıla bilərmi?

Zəngəzur və Qafan Azərbaycana qaytarıla bilərmi?


Ermənistan noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq, Azərbaycana təzminat ödəməlidir. Erməni mediasına açıqlama verən bəzi erməni siyasətçiləri Zəngəzur və Qafanın kəndlərini təzminat müqabilində verilməsini təklif edib.

Maraqlıdır ki, erməni siyasətçilərinin təklif etdiyi kimi Zəngəzur və Qafan Azərbaycana təzminat müqabilində verilə bilərmi?

XeberTv.info bildirir ki, Hurriyyet.org-a açıqlama verən politoloq Şahin Cəfərli, Ermənistanın buna razı olacağı təqdirdə Rusiya və İran dövlətlərinin buna qarşı çıxacaqlarını deyib. Çünki, Zəngəzur və Qafan Azərbaycana verilərsə, Türkiyəylə quru yolu tam bərpa olacaq:

“Düzdür ki, Ermənistan ordusu darmadağın edilib və pis vəziyyətdədir. Hazırda daxillərində vəziyyət qarışıqdır. Aciz və köməksiz vəziyyətdədirlər. Bütün bunlar o demək deyil ki, Azərbaycan Ermənistan ərazilərini ələ keçirə bilər. Ümumiyyətlə, Azərbaycanın belə bir siyasəti yoxdur.

İrəvan da bizim tarixi ərazimizdir. Amma, beynəlxalq qanunlara görə Ermənistan ərazisi gedir. Yəni, Azərbaycanın Ermənistan ərazilərini ələ keçirtmək kimi dövlət siyasəti yoxdur. Bunu Azərbaycan prezidenti də çıxışlarında qeyd edib. Digər tərəfdən, Ermənistan əraziləri “müdafiə çətiri” altındadır. Bizim o əraziləri ələ keçirməyimiz mümkün deyil. Yəni, hərbi yolla mümkün deyil. Sülh yolu ilə o halda mümkün ola bilər ki, Ermənistan buna razılıq versin. Bu baxımdan, bu cür fikirlərə qapılmağa da ehtiyac yoxdur.

Təzminat müqabilində bizə torpaq verməsi də istisnadır. Bunun özü də mübahisəli məsələdir. Təzminatın hansı beynəlxalq orqanın müəyyən edəcəyi hələ məlum deyil. Görünür ki, maddi təzminatın alınması məsələsi də sual altındadır. Dediyim kimi, torpaq məsələsi istisnadır. Əgər, Ermənistan buna razı olsa belə, Rusiya və İran dövlətləri buna razılıq verməz. Ermənistan Zəngəzuru Azərbaycana verdiyi təqdirdə Türkiyəylə Azərbaycan arasında quru əlaqələri bərpa olacaq. Bu səbəbdən İran və Rusiya buna etirazını bildirəcək. Maddi təzminat ehtimalı prinsipcə mümkündür. Bu da çox çətin bir prosedurdur. Azərbaycanın hansı beynəlxalq məhkəmə instansiyasına müraciət edəcəyi hələ qeyri-dəqiqdir. Bu işə Avropa İnsan Haqları Məhkəməsi, ya da HAAQA Beynəlxalq Məhkəməsinin baxmaq ehtimalı var. Müraciət etdiyimiz təqdirdə belə, sözgüdən beynəlxalq məhkəmə orqanlarının yüksək miqdarda təzminat təyin edəcəkləri hələ sual altındadır…”

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}