Son dəqiqə
24-12-2020, 09:54
6 683

Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb

Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb


Abşeron Rayon İcra Hakimiyyəti toplam maliyyə dəyəri 1 milyon 355 min 220 AZN olan iki müqavilə imzalayıb.

XeberTv.info Reportyor.info-ya istinadən məlumat verir ki, müqavilələrdən biri “May-Ak İnşaat” MMC (156 380 AZN), digər isə “Enerji Tikinti Servis” MMC (1 198 840 AZN) ilə bağlanıb.

“May-Ak İnşaat” MMC Xırdalan şəhərində küçə işıqlarının, “Enerji Tikinti Servis” MMC isə yolların təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vrgi Xidmətinin reyestr məlumatlarına görə, “May Ak-İnşaat” MMC 30 may 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 159 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, mənzil 38-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qənbərli Mətləb Mütəllim oşirkət, nə də onu qanuni təmsilçisi barədə məlumat var. Lakin dövlət satınalmaları ilə bağlı araşdırma apardıqda məlum olur ki, bu MMC icra hakimiyyətlərinin sevimli şirkətidir. Yarandığı qısa müddət ərzində bir neçə iri tenderin qalib olması “May-Ak İnşaat” MMC-nin əsasən şübhəli dövlət satınalmalarında iştirak etdiyini düşünmək olar.

“Enerji Tikinti Servis” MMC-yə gəlincə, şirkət 26 sentyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 26-cı məhəllə (Səməd Vurğun küçəsi), ev 3/7, mənzil 22-də yerləşən MMC-nin qanuni təmsilçisi Rüstəmov Dilqəm Asif oğludur.

Abşeron Rayon İcra Hakimiyyətinin 10 manatlıq şirkətlə milyonluq müqavilə imzalaması tenderin şəffaflığına şübhə yaradır. Digər tərəfdən, yerli mediada gedən məlumatlara görə, “Enerji Tikinti Servis” MMC-nin 135 991,39 AZN vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkünsüzdür.

Bu ilin aprelində şirkət Göygöl Suvarma Sistemləri İdarəsinin 4 tenderini qazanmışdı. Bu tenderlər aşağıdakılar idi:

Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satın alınması – 197 min 217 manat;

Meliorasiya və irriqasiya sistemlərinin cari təmiri üçün material və avadanlıqların satın alınması – 190 min 747 manat;

Əsaslı təmir üçün material və avadanlıqların satın alınması – 167 min 200 manat;

Subartezian quyularının və nasos stansiyalarının təmiri üçün materialların və ehtiyat hissələrinin satın alınması – 100 min 290 manat.

Ümumi məbləği 655 min 454 manat məbləğində olan tender müqaviləsindən şirkətə 150,5 min manatı ödənildikdən sonra Göygöl Suvarma Sistemləri qəfil tenderə xitam verib.

Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}