Son dəqiqə
Aktual / Manset
28-12-2020, 19:10
5 572
İki əsirimiz geri qaytarıldı
Bakı və Yerevan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi baş tutub.
Bu barədə jurnalistlərə açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.
“Bu gün növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi oldu. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan iki azərbaycanlını Bakıya təslim etdi. 4 erməni hərbi əsiri isə Yerevana qaytarıldı”, - deyə Muradov bildirib.
XeberTv.info