Son dəqiqə
Dünya
3-01-2021, 18:37
4 553
Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı - FOTO
Rusiyanın Tuva Respulblikasında ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub.
XeberTv.info bildirir ki, bu barədə “TASS”a Respublika Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Respublikanın Səhiyyə Nazirliyindən “TASS”a bildirilib ki, üç nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri ağır vəziyyətdədir.