Son dəqiqə
4-01-2021, 12:39
5 356

Qaziyə "kül təpənə" deyən "XEYİRSEVƏR" Tolik - ETİRAZ

Qaziyə "kül təpənə" deyən "XEYİRSEVƏR" Tolik - ETİRAZ


Müharibə bitib və dövlət tərəfindən savaşın nəticələrinin aradan qaldırılması prosesinə başlanılıb: Şəhid ailələrinin çətinlikləri, qazilərin məişət problemləri, yaralıların müalicə məsələləri və s. Və belə bir həssas dönəmdə Tarix Əliyev ad-soyadlı prodüser, tele-aparıcı müharibə iştirakçısını, qazini özünün dərk edib-etməməyindən asılı olmayaraq, ictimai səviyyədə alçaldır.

Görəsən, nə üçün ən xırda xeyirxahlıqlar da ictimailəşdirilir, axı niyə “gərək sağ əlin verdiyini sol əl bilməsin” əxlaqı daha yox kimidir? İbrət dərsi vermək, başqasını da köməkdarlığa həvəsləndirmək marağı ilə, sizcə, bəzi hallarda özümüzü həddən artıq xırdalamırıqmı? 100 manat yardım edənin də ürəyi soyumur, illah ki təqdir umur.

Tolikin gündəm yaradan videosuna baxmamış olmazsız; Əli adlı dili batmış, danışıq qabiliyyətini itirmiş qaziyə son nəsil telefonunu göstərib soruşur:

­- Bilirsən, bu nədir?

Qazi Əli də markanı görmədiyi üçün başını yox mənasında yelləyir və yarıciddi-yarızarafat sərt cavab alır:

- “Kül təpənə”.

Sonra Tolik “ıPhone 12” markasını göstərir. Və şərt qoyur ki, filan vaxta qədər hansısa sözü desən, bu təzə telefon sənin olacaq.

Belə bir fikir var ki, əgər aldığın əşyalara baxanda ilk olaraq onların qiyməti yadına düşürsə, deməli, görməmişsən. Bu, görməmişliyi üzə çıxarmaq üçün sınanmış üsullardandır. Türkiyənin ucqar kəndində doğulan, filmi ancaq İstanbula gələndən sonra izləyən və illər keçəndən sonra kino haqqındakı yazılarından ibarət kitabının adını “Sonradangörmüş” qoyan, bununla da təkəbbürdən nə qədər uzaq olduğunu göstərən şair Haydar Ergülenin var olduğu dünya təəssüf ki, toliklərdən də xali deyil...

Bütün zamanlarda qiymətləndirilən insanlar üçün mükafatların həqiqi dəyəri onu nəyə görə və kimin əlindən, kimin təltifi ilə almaqlarında olub. Üzü qara olmuş zəmanəmiz isə qəhrəman qaziyə mükafatı Tolik vəd edir. “Hərçi-pətərinə lənət, belə dünya”.

Sonda isə bir atalar sözünü xatırlatmaq istəyərəm: “Lalın dilini anası bilər”. Qazinin anası isə Vətəndir, dövlətdir, Tolik yox...

Fərid Hüseyn

XeberTv.info

Digər xəbərlər

Sabahın hava proqnozu
Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - VİDEO
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Xoş istirahətlər.
BDU-nu əslində kim idarə edir? - İDDİA
Əhəd Abıyev Daşkəsəni niyə tərk edib? — "Tədbirə qatılmışam"
Sabah 29 dərəcə İSTİ OLACAQ
Hulusi Akar: “Generallarımız və işçilərimiz Qarabağdadır”
“Qurd Qapısı”nda VƏHŞİLİK...
Prezidentdən yeni təyinat
Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?
Sel çəkildi: ortaya çıxan görüntülər insanları dəhşətə saldı -
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
Əfqan Nağıyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
Azərbaycanda zəlzələ olub
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb
MN: "Nazirliyə döyüşlərə qatılmaq istəyən on minlərlə könüllünün müraciəti daxil olub"
Azərbaycanda şirkət rəsmilərinə cinayət işi açıldı
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl - FOTOLAR
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
İlham Əliyev Mixail Qusmanı təltif etdi
{sape_links}{sape_article}